Axtarış...

Diasporla İş üzrə Dövlət Komitəsindən Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı açıqlama


MilliTV.az

Bu ilin iyununda Dağıstanın Kullar qəsəbəsində baş vermiş etiraz aksiyasından sonra saxlanılan vətəndaşlarımızın vəziyyəti daim Azərbaycan dövlətinin diqqətindədir.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, məlum hadisə zamanı saxlanılan, barələrində həbs qətimkan tədbiri seçilmiş və ya ev dustaqlığı qərarı verilmiş Azərbaycan vətəndaşlarının həm vəkillərlə təmin olunması, həm də maddi çətinliklərinin aradan qaldırılması üçün Dövlət Komitəsi öz imkanları və səlahiyyətləri daxilində müvafiq qurumlarla əməkdaşlıq çərçivəsində bütün lazımi addımları atır. Proses digər dövlət orqanları ilə informasiya mübadiləsi aparılmaqla daim nəzarətdə saxlanılır.

Komitənin məsul əməkdaşları Rusiyanın müxtəlif əyalətlərindən Dağıstan ərazisinə cəmləşmiş vətəndaşlarımızın ölkəyə qayıtmaq istəklərinin təmin edilməsinə dəstək vermək və qeyd edilən bu məsələ ilə əlaqədar dəfələrlə Dağıstana ezam olunub.

Diasporla İş üzrə Dövlət Komitəsi və digər müvafiq dövlət qurumları vətəndaşlarımızın hüquqlarının qorunması, onların problemsiz ölkəmizə geri dönmələri üçün bundan sonra da lazım olan bütün zəruri tədbirləri həyata keçirəcək.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz