Axtarış...

Rusiyaya giriş qaydaları asanlaşdırıldı

Rusiya hökuməti xarici ölkə vətəndaşlarının ölkəyə giriş qaydalarını sadələşdirib.

Baş nazir Mixail Mişustin Nazirlər Kabinetinin iclasında Rusiya vətəndaşlığına malik qohumları olan əcnəbilərin vizanı sadələşdirilmiş qaydada ala biləcəklərini deyib.

Onun sözlərinə görə, burada qohum dedikdə həyat yoldaşı, valideyn, övlad, bacı-qardaş, nənə və baba, həmçinin nəvə nəzərdə tutulur.

“Belə qohumlar vətəndaşımızın sadə yazılı ərizəsi əsasında bir ilə qədər müddətə fərdi vizalar ala biləcəklər”, - deyə Rusiyanın Baş naziri bildirib.

Həmçinin xarici ölkə vətəndaşlarının viza almaq hüququnu qorumaq üçün hər üç aydan bir ölkədən çıxması barədə qayda da qanunvericilikdən çıxarılacaq.
Text-to-Speech

DİNLƏ






Şərh yaz