Beytulla Hüseynovun “Catel”Manapoliyasının kassası olan Elçin Rzayev yüksək vəzifəyə gətirilib.
Hurriyyet.org bildirir ki, Elçin Rzayev Beytulla Hüseynovla birgə, xarici ölkələrdən CDMA (Catel) telefonları gətirərək, 80-90 azn dövlət rüsumu ilə qeydə alıb, həmin telefonları 200-300 azn arası satırmışlar. Sözügedən telefonlar 511-555 indeks nömrə üzərində işləyir. Onlar bu satışlardan əldə olunan gəlirlərlə küllü miqdarda pulları mənimsəyiblər. Əldə olunan məlumata görə, Elçin Rzayev Bakı Telefon Rabitəsi MMC-nin 1 saylı Rabitə Xidmətləri Mərkəzinə (Yasamal Telefon Qovşağına )Baş Mühəndis postuna gətirilib. Bu da onun Beytulla Hüseynovun vasitəsilə yenidən vəzifəyə gətirilməsini gündəmə gətirir.
Qeyd edək ki, Elçin Rzayev bundan əvvəl, Bakı Telefon Rabitəsi MMC-nin Kommersiya Deportamentinin sektor müdiri vəzifəsində çalışıb, orada bir çox texniki avadanlıqların biznesi ilə məşğul olmuşdur. O eyni zamanda dövlət tərəfindən pulsuz verilən internet cihazlarına aid edilən SFP-ləri yerlərdə işləyən “ATS” stansiya müdirlərinin vasitəsilə pul müqabilində satışa çıxarmışdır.
Hazırda ölkə başçısının korrupsiyaya qarşı mübarizə apardığı bir dönəmdə, belə insanların yenidən yüksək vəzifələrə gətirilməsində məqsəd nədir?
Keçmiş rabitə naziri Əli Abbasovun işdən kənarlaşdırılması, keçmiş Milli Təhükəsizlik naziri Eldar Mahmudovun vəzifədən çıxarılması dövrünə təsadüf edir. MTN məsələsi ilə Əli Abbasovun işdən çıxarılması arasında birbaşa əlaqə var.
Əslində, buna təsadüf demək olmaz. Çünki, Əli Abbasovun adı mənimsəmə faktlarında hallanan Eldar Mahmudovun kurasiyasına daxil idi. Beytulla Hüseynov isə, Əli Abbasovun dövründə yüksək postlar tutmuş şəxslərdən olub. Beləliklə, Elçin Rzayevin vəzifəyə gətirib otuzdurulmasının hara gedib çıxdığını yəgin ki, anladınız…
Prezident İlham Əliyevin martın 16-da imzaladığı Əfv sərəncamı ilə azadlığa buraxılanlar arasında “Bakı Telefon Rabitə” İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov da var. O, həm də keçmiş milli təhlükəsizlik nazirinin xalası oğludur. Onu bu vəzifəyə də E.Mahmudov təyin etdirmişdi. Bu barədə keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun istintaqa ifadəsi də var. Tabeliyindəki şəxslərin həbsindən sonra istintaqda dindirilən Əli Abbasov bildirib ki, Eldar Mahmudov onu rəhbərlik etdiyi nazirlikdəki kadr təyinatlarına da qoşulurdu. “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin rəhbəri Nəriman Salmanovu vəzifədən çıxartdırıb, onun yerinə öz yaxın qohumu olan Beytulla Hüseynovu təyin etdirib.
Görünən odur ki, Beytulla Hüseynov yaxın adamı olan Elçin Rzayevi məhz Yasamal rayonu ərazisində vəzifəyə gətirməklə, yeyintinin başında özü durduğunu bir daha təsdiqləyir.
Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluq, məmur özbaşınalığı, məmurların qeyri-təvazökar davranışlarına qarşı sərt mövqeyini ictimaiyyət qarşısında açıq səsləndirir. Çəkinmədən demək olar ki, icra orqanlarındakı qanunsuzluqlar barədə ən sərt tənqidi mövqeni elə prezident özü vurğulayır və bu halların aradan qaldırılması üçün həm hüquq-mühafizə və xüsusi xidmət orqanlarının, həm də medianın, digər ictimai nəzarət institutlarının öz funksiyalarını yerinə yetirməsinin vacibliyini dəfələrlə vurğulayır.
Qeyd edək ki, Elçin Rzayev dəbdəbəli oliqarx həyat tərzi ilə diqqət mərkəzindədir. O, bilərəkdən işlədiyi qurumda şayələr yayaraq, onu himayə edən şəxsin Qafqaz Müsəlmanları İdarəsinin Şeyxi Hacı Allahşükür Paşazadənin cangüdəni olduğunu bildirir.
Hurriyyet.org