Axtarış...

I-IV qrup üzrə statistik göstəricilər nə vaxt açıqlanacaq?


MilliTV.az

“Yaxın iki gün ərzində I-IV qrup üzrə statistik göstəricilər açıqlanacaq”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, Apelyasiya Komissiyası hələlik məsələ ilə əlaqədar protokolu imzalamayıb: “Çünki hələ nəticələr təhlil olunmayıb”.

DİM sədri qeyd edib ki, bu il II qrupa ötən illə müqayisədə təxminən 2 000 nəfər az sənəd verib, amma plan yerləri də təxminən 2 faiz azalıb: "Bu il II qrup müsabiqə baxımından ən rahat qrupdur. Abituriyentlər seçimi düzgün etsələr, hamısı universitetə daxil ola biləcək".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz