Axtarış...

Saatlıda ölümlə nəticələnən yol qəzası olub


Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, rayonun Musalı kəndi ərazisində Naharlı kənd sakini İ.İbrahimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə şəhər sakini İlham Salmanovun idarə etdiyi motosiklet toqquşub. Xəstəxanaya yerləşdirilmiş İ.Salmanovun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Saatlı Rayon Polis Şöbəsi tərəfindən təhqiqat aparılır.
Text-to-Speech

DİNLƏ






Şərh yaz