Azərbaycanda 559 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər isə vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 25 672 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 16 659 nəfər müalicə olunaraq sağalıb, 326 nəfər vəfat edib, 8 651 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 312, ötən müddət ərzində isə ümumilikdə 592 778 test aparılıb.