Axtarış...

Böhran “Aramko”nu da vurdu: Şirkət bu layihələrdən imtina edir


Koronavirus pandemiyası enerji sənayesinə böyük təsir göstərərək sektorun aparıcı oyunçularını dəyişikliyə məcbur edib. Bu siyahıya dünyanın ən böyük və zəngin neft istehsalçısı olan “Saudi Aramko” şirkəti də daxildir.

Axar.az xəbər verir ki, neft qiymətlərinin çökməsi və qara qızıla tələbatın aşağı olması səbəbindən şirkət görünməmiş bir addım ataraq, bir çox layihədən imtina edib, aktivlərinin bir hissəsini sata bilər.

İlin ikinci rübündə neft nəhənginin xalis mənfəəti 73 faiz azalıb.

Şirkətin pandemiyadan öncə imzaladığı bəzi böyük geosiyasi əhəmiyyətə malik xarici əməliyyatları dayandıracağı müzakirə mövzusudur. Bunların arasına Hindistanın “Reliance İndustries” neft-kimya şirkətinin 20% səhmlərinin alınması daxilir. “Aramko”nun Çində 10 milyard dollar dəyərində neft emalı kompleksinin tikintisini də dayandırdığı deyilir. Şirkət ABŞ-dakı neft emalı zavodularını genişləndirmək planlarından da imtina etməyi planlaşdırır.
Text-to-Speech

DİNLƏ






Şərh yaz