Axtarış...

Afaq Aslandan Lotu Qulinin ölümünə reaksiya



Bir müddət əvvəl Nadir Səlifovla (Lotu Quli) yaxın münasibəti olduğunu bildirən müğənni Afaq Aslan qanuni oğrunun ölümü ilə bağlı sualları cavabsız qoyub.

Kult.az xəbər verir ki, Afaq Aslan Lotu Qulinin ölümünü şərh edərkən yalnız “Allah rəhmət eləsin” deməklə kifayətlənib.

Müğənni onun dəfnində iştirak edib-etməyəcəyi ilə bağlı sualı da cavabsız qoyub.

Qeyd edək ki, bir neçə il əvvəl Afaq Aslan İnstaqram hesabının məlumat bölməsində Nadir Səlifovun adının baş hərfi ilə öz adının baş hərfini yazmışdı. Onun izləyici siyahısında isə yalnız bir şəxs - Nadir Səlifov var idi.



Şərh yaz