Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Baytarlıq Xidmətində malqaraya hökümət tərəfindən vaksinlərin pulsuz vurulması təmin olunur, onun pulunu Azərbaycan Dövləti tam ödəyir. Hər il Azərbaycan Dövləti bu işə on milyon dollardan artıq məbləğində pul xərcləyir. Bunu nəzərə alaraq keçmiş nazirlərin vaxtında vaksinləri istehsal etmək üçün avadanlıqlar alınıb, onlar hissə-hissə Azərbaycana gətirilib. Bunların bir hissə Baytarlıq İnstitutunun həyətində yerləşdirilib digər hissə isə Gömrük Komitəsində saxlanılıb. Uzun müddətdir Gömrük Komitəsində saxlanılan avadanlıq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən götürülmür. Bu da avadanlıqın qiymətindən artıq saxlanc qiymətini hesablanmasına səbəb olmuşdur. Halbuki, vaksinləri Respublikada istehsal edərək on milyondan artıq məbləğdə valyutanın Respublikadan çıxarılmasının qarşısını almaq olar və hətta bundan Respublikanın təminatını ödədikdən sonra başqa dövlətlərə də bu vaksinləri satmaqla Respublikaya valyuta gətirmək olar. Bundan başqa, kadr sahəsində küllü miqdarda qanun pozuntusu var. Məsələn, bu pandemiya dövrndə 65 yaşlı şəxslərin evdən çıxmasına qadağa qoyulan bir dövrdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Balakən rayon Bitki Mühafizəsi Mərkəzinə 70 yaşlı Əzimova Bəsti Hacı qızını bu ilin aprel ayının əvvələrində fəhlə vəzifəsinə götürülüb.
Dəryaz qəzetinin redaksiyasına daxil olan məlumatda deyilir ki,Gəncə Regional Aqrar və İnnovasiya Mərkəzinin direktoru aqrar elmlər doktoru, professor Həsənəli Aslanovun ərizəsini alaraq işdən azad ediblər. Onun yerinə isə Samux Maşın Sınaq Stansiyasının direktoru olmuş və keçmiş nazir Heydər Əsədov tərəfindən bütün stansiya kollektivininin Prokurorluğa müraciət edəndən sonra korrupsiyaya şərait yaradan əməllərinə görə işdən azad edilmiş Hüseyin müəllimi təyin etmişlər.
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutun direktoru Kənd TəsərrüfatI naziri İnam Kərimovun yaxın qohumu ixtisasi tarix müəllimi olan Allahverdiyev Elmar təyin edilmişdir. Direktor işlədiyi 1 il ərzində İnstitutun yaxınlığında ikimərtəbəli villa tikdirib.(Halal xoşu olsun)
10 ildən artıq Biləsuvar İcra Hakimiyyəti başçısının müavini,Kənd Təsərrüfat Nazirliyinin Biləsuvar Kənd Təsərrüfat İdarəsinin rəisi işləmiş 2018-ci ildə nazir İnam Kərimov tərəfindən Nazirliyin Bitkiçilik şöbəsinin rəisi, bu günlərdə isə həmçinin Kənd Təsərrüfat Nazirliyinin aparat rəhbəri (hər iki vəzifənin maaşını alır) vəzifəsinə təyin edilmiş Quliyev Rafael Biləsuvarın keçmiş İcra başçısı Mahir Quliyevin yaxın adamıdır. Bu vəzifəyə təyin olunduqdan sonra qardaşını öz yerinə, Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, bir neçə aydan sonra isə oğlu Cəbrayılzadə Sərvan Rafael öğlunu da Nazirliyə Dövlət qulluğu komissiyasından keçmədən qeyri qanuni nazirin əmri ilə işə qəbul etdirmişdir. 2016-cı ildə Cəbrayılzadə Sərvan institutu bitirir, lakin məmur oğlu ranqından istifadə edərək bu günə kimi hərbidən yayınaraq fərarıllk edir Vətən qarşısında borcunu yerinə yetirmir.( Son aylara qədər Biləsuvar Hərbi Komissarlığı onu axtarıb hansı səbəbdənsə vətənə borcunu verməyə göndərə bilməyib).
Kənd Təsərrüfatı Nazirliyində yüksək keyfiyyətli kənd təsərrüfatı ixtisaslı kadrlara qarşı soyqırımı aparılmış və onlar müxtəlif səbəblərlə işdən azad edilmişlər.İşdən çıxarılmış mütəxəsislərin yerinə isə əsasən ASAN xidmətdən ilahiyyatçı, reqionşünas,sənətşünas,gömrük işi,riyaziyyatçı,tarixçi,psixoloq,idman müəllimi və kənd təsərrüfatına aid olmayan başqa qeyri mütəxəsislər qəbul edilmişdir. Məsələn, Bütün bu qanunsuzluqların başında Nazirliyin kadrlar şöbəsinin müdiri və Aparat rəhbəri müavininin ayrı-ayrılıqda qeyri qanuni maaşlarını alan,özünü güya Paşayevlər ailəsinin üzvü kimi qələmə verən reqionşünas ixtisaslı Elvin Paşayevdir.Özünü Nazirlikdə ikinci şəxs elan edən və bu səlahiyyətlərə malik olan Elvin Paşayevin şəxsi razılığı olmadan Nazirliyin tabeliyində olan idarə və müəssisələrə hətta sürücü və xadiməni idarə müdirlərinin işə qəbul etmə səlahiyyətləri əllərindən alınıb.İş o yerə çatıb ki işəgötürülən vətəndaşlar onun və ətraflarının qohumları,qonşuları və tanışları olmalıdırlar. Hətta Dövlət qulluğuna aid vəzifələrə Dövlət İmtahan Mərkəzindən keçməyən (50 nəfərdən artıq) yaxınlarını işə qəbul edirlər. Bütün bu qanunsuzluqların nəticəsidir ki,onun vəzifəyə təyin etdiyi Nazirliyin Aqrolizinq SC-nin rəhbər işçisi Cəlilabad rayonunda Aqrolizinqə yeni gətirilmiş texnikalarla tanış olarkən kotanda motoru, başqa vəzifəli şəxs isə Samuxda təsərrüfatda olarkən anbarda buğda və arpanı görüb taxılı axtarır.
Kənd Təsərrüfatında aqrotexniki işlərin aparıldığı bir dönəmdə mütəxəssisləri, hətta sürücü və traktorçuları işdən azad edərək onların yerinə traktorçu və sürücü vəsiqələri, kənd təsərrüfatı mütəxəssisləri olmayan ali və orta ixtisaslı qızları Nazirliyin Kadrlar şöbəsinin müdiri Elvin Paşayevin göstərişi ilə işə qəbul edirlər. Maraqlısı isə budur ki, həmən traktorçu və sürücülərin işə qəbul edilməsi haqda idarə müdirlərinin xəbəri belə yoxdur. Onlara yazılan qanunsuz əmək haqqlarını alanlar isə məlum deyil. Bir neçə aydan sonra onlar işdən azad olunur və onların yerinə bir dəstə başqa adamlar işə götürülür və belə dəvam edilir. Bütün bu qanunsuzluqların törədilməsi üçün isə Elvin Paşayev Nazirliyin tabeliyində olan idarələrə işə düzəlmək üçün müraciət edən ali təhsilli kənd təsərrüfat mütəxəssislərini vakant yerimiz yoxdur bəhanəsi ilə işə qəbul etmir. Bu səbəbdən də rayonlarımızda uzun illər çalışan traktorçular,sürücülər və kənd təsərrüfat mütəxəssisləri işsiz qalıb 190 manatın dalınca düşüblər. Buna görə də Aqrar Universtiteti hər il bitirən yüzlərlə kənd təsərrüfatı mütəxəssisləri iş tapa bilmirlər nəticədə Kənd Təsərrüfatı Nazirliyi sistemində çalışan kənd təsərrüfatı mütəxəssislərin sayı barmaqla sayılır. Kənd Təsərrüfatı Nazirliyinin dövlət qulluğu hesab edilən vakant vəzifələri Dövlət qulluğu haqda Qanuna əsasən Dövlət İmtahan Mərkəzinə təqdim etməyərək qanunsuz olaraq imtahansız və müsahibəsiz ixtisası uyğun olmayan öz yaxın qohumlarını və tanışlarını işə qəbul edirlər.
Aşağıdaki vəzifələrdə isə ya bir rəhbər iki ştat aparır və yaxud da ixtisasları uyğun gəlmirlər
Kənd Təsərrüfatı Nazirliyinin Daxili Nəzarət və Audit Şöbəsinin müdiri, Mayılov Fuad İlham oğlu, 2003-cü ildə Bakı Dövlət İqtisad Universitetinin Hüquqçünaslıq fakultəsinin Bakalavr təhsilini, 2006-cı ildə Mülki və Təsərrüfat Hüququ fakultəsini, 2010-cu ildə isə Dövlət İqtisad Universitetinin Menecment fakultəsinin magistr təhsili alıb.
2. Nuriyev Mikayıl Əziz oğlu,Nazirliyin Maliyyə və Mühasibat uçotu şöbəsinin müdiri. M.Əzizbəyov adına Neft Kimya Universtitetini bitirib.
3. Nazir müavini Elçin Zeynalov.
Azərbaycan Dövlət Neft Akademiyasının Mühəndis Elektrik fakultəsinin bakalavr təhsili, Dövlət İqtisad Universtitetinin İqtisadçı ixtisasını.
4. Paşayev Elvin Nazim oğlu.
İnsan Resurslarının rəisi və Aparat rəhbərinin müavini. 2000-ci ildə Bakı Dövlət Universtitetinin Regionşünaslıq fakultəsinin bakalavr dərəcəsini,2007-ci ildə Regionşünaslıq fakultəsinin magistrdərəcəsini,2009-cu ildə isə Dövlət İqtisad Universtitetinin maliyyəkredit fakultəsini bitirib.
5. Məmmədov Pərviz Vaqif oğlu.
Tikintiyə Nəzarət şöbəsinin müdiri. Elm və Təhsil Mərkəzi. Təfəkkür Universtitetini İnzibati İdarəetmə fakultəsinin bakalavr dərəcəsi.2011-ci ildə isə İqtisad Universtitetinin Maliyyəkredit fakultəsini bitirib.
6. Rzayev Tofiq Teyyub oğlu.
Meyvəçilik və Tərəvəzçilik Şöbəsinin müdiri. Bakı Dövlət Universtitetinin coğrafiya müəllimi fakultəsini,Hüquqşünaslıq fakultəsinin bakalavr dərəcəsini bitirib. Atası Teyyub Rzayev isə Lənkəran Regional Aqrar Elm İnnovasiya Məsləhət Mərkəzinin direktorudur.70 yaşı keçməsinə baxmayaraq hələ də işləyir.
Aqrar Xidmətlər Agentliyinin, Aqrar Elm və İnnovasiya mərkəzinin və Aqrar İnkişaf mərkəzlərin regional şöbələrində isə elə adlara rast gəlmək olur ki, onların heç birini nə direktorları, nədə ki, işçiləri tanımırlar.Onların adları bu gün nazirliyin kadr siyahısında getsələr də direktorlar deyirlər ki,biz onları çoxdan işdən çıxartmışıq.Bu siyahı haqqında gələn sayımızda oxuyacaqınız.
Odur ki,bizi izləməyi unutmayın..
P.S. Qeyd edək ki, bu faktlar redaksiyamızın elektron ünvanına daxil olmuşdu. Məqalə dərc olunmazdan əvvəl KTN-nin mövqeyini öyrənmək üçün yuxarıda sadalanan faktların nə dərəcədə doğru olub olmamağı barədə nazirliyin elektron adresinə, “
[email protected]” ünvanına müracət etdik. Müraciətdən bir neçə gün keçməsinə baxmayaraq heç bir cavab verilmədiyindən məqaləni dərc etmək məcburiyyətində qaldıq. Məqalədə adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. //Deryaz.az//