Axtarış...

Ər arvadını qısqanaraq boğazını kəsib öldürdü

Şəmkirdə həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Mübariz Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Xaqani Səmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin avqust ayında Şəmkirin Baş Posanlı qəsəbəsində qeydə alınıb. Qəsəbədə yaşayan 25 yaşlı Məmmədova Nailə Allahyar qızı əri Məmmədov Mübariz Bayram oğlu tərəfindən boğazı kəsilərək qətlə yetirilib.

Hadisə qısqanclıq zəminində baş verib.

M.Məmmədova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz