Axtarış...

"Həm keçən ay, həm də bu ay üçün 190 manat verilməlidir" - Deputatdan AÇIQLAMA


MillTV.az

"Həm keçən ay və həm də bu ay üçün 190 manatın verilməsi təmin olunmalıdır. Sahibkarlara da yüksək səviyyədə dəstək verilməlidir".


Metbuat.az bildirir ki, bu sözləri "baku.ws"-ə açıqlamasında millət vəkili Fazil Mustafa bildirib. Onun sözlərinə görə, bütövlükdə qadağalar ona görə qoyulur ki, epidemiya sürətlə yayılmasın:
"İndiki vəziyyətdə azalma tendensiyası var və bunu davam etdirmək lazımdır. Lakin görünən budur ki, insanlar gəlirlərindən məhrum olublar. Buna görə həm keçən ay və həm də bu ay üçün 190 manatın verilməsi təmin olunmalıdır.

Sahibkarlara da yüksək səviyyədə dəstək verilməlidir. Çünki böyük əksəriyyət işdən məhrum olub. Misal üçün, bir şadlıq evi fəaliyyət göstərmirsə, onun süpürgəçisindən tutmuş qabyuyan personalına qədər hamısı ağır vəziyyətdədir. Bu insanların heç bir gəlir yerləri yoxdur.

Dövlət bu istiqamətdə mütləq təşviqedici və dəstək xarakterli addımlar atmalıdır. Pandemiyadan sonra daha çox yoxsullaşmış əhali kütləsi ilə üz-üzə qalacağıq. Bu məsələdə indidən tədbirlərin görülməsi vacibdir.

Burada insanların qaydalara riayət etməsi də vacibdir. Əgər vətəndaşlar buna riayət etsəydilər, bu qədər məhdudiyyətlər olmazdı. Rastlaşdığım xeyli insanlar olur ki, maskadan istifadə etmirlər.

Məsələnin bu tərəfi də var ki, əgər məhdudiyyətlər götürülsə, yoluxma yenidən artacaq. İş yerlərinin açılmamasının əsas səbəbi də budur ki, kütləvi yerlərdə yoluxma hallarının artma riski mövcuddur".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz