Bakı sakini Fuad Hafizin narazılığı "Azer Turk Bank"dandır. DİA.AZ narazı vətəndaşın gileyini olduğ kimi diqətə təqdim edir:
"Şikayətim "Azer Turk Bank"dandir. Deməli, istinin günündə camaatı, xanım, qadın və ananı növbə kağızı ilə çöldə - günün altında saxlayırlar. Özü də icəridə... kondisioner işləyən sərin zalda müştəri üçün nəzərdə tutulan bir neçə divan və stul boş qalıb.
Adi 100 manata valyuta almaq üçün 30 dəqiqəyə yaxın istidə, günün altında gözləməli olursan...
Mühafizəçiyə də deyəndə ki, niyə qadın və qızları günün altında saxlayırsız, burda sərində yerlər boşdur axı.., məntiqsız... "nə isə..." deyib bəhanə gətirdi. Bank rəhbərliyi bir tədbir görməsə, biabırçılıqdır..."
Dia.az