Millitv.az- nın Tovuz rayonununa ezam olunmuş xüsusi müxbirinin Ramil Həsənovun verdiyi son məlumata görə bu gün Tovuz rayonunun düşmənlə təmas xətdində olan yaxın kəndlərində insanların həyat şəraitinin əvvəlki vəziyyətinə qayıtdığını bildirir.
12 iyul tarixində başlayaraq Düşmənlə təmas xətdinə yaxın olan kəndlərmizdə yaşayan dinc sakinlərin evlərini top və mina atanlardan atəşə tutan erməni hərbi birləşmələrinin hucumu nəticəsində bir çox dinc sakinlərin evlərinə ciddi xəsarət dəymişdir.Düşmən hucumundan insan itkisinin olmaması üçün düşmənlə sərhəd kəndlərində yaşayan əhalinin bir hissəsi qadınlar ,uşaqlar və yaşdı qocalar bir neçə gün idi ki, yaxınlıqda yaşayan qohumlarının , yaxınlarının və tanışlarının evlərinə pənah aparmışdılar.
Bu gün səhərdən başlayaraq məlum səbəbdən evlərini müvəqqəti tərk etmiş qadınlar ,uşaqlar və yaşdı qocalar öz evlərinə qayıdıblar.Xüsusi müxbirimizin verdiyi son məlumata görə kəndə qayıdan əhali,Artıq kəndin ərazisində gündəlik məişət məsələlərinin həlli ilə məşqul olmağa başlayıblar.
Eyni zamanda ön cəbphədə dayanan əsgərlərmizlə düşmən arasındakıı təmas xətdinin möhkəmləndirilməsi istiqamətində də işlərin aparıldığını bildirən xüsusi müxbirimiz bu istiqamətdə traktor və ekoskavatırlarla geniş işlərin görüldüyünü qeyd etdi.