MillTV.az
Tramp tibbi maskadan istifadə etməməsinin səbəbini açıqla
ABŞ prezidenti Donald Tramp bildirib ki, o, qoruyucu maskadan istifadəyə qarşı çıxmır və Vaşinqton ətrafındakı şəhərlərdən birində yerləşən Uolter Rid adına Hərbi Tibb mərkəzinə səfəri zamanı tibbi maska geymək niyyətindədir.
"Report"un məlumatına görə, bu barədə Ağ Ev rəhbəri “Fox News” teleşirkətinə müsahibəsində bildirib.
"Hesab edirəm ki, maska geymək üçün müəyyən şərtlər lazımdır”, - Tramp deyib: “Mən bizim yaralı hərbçilərimizin müalicə keçdiyi və koronavirusdan müalicə kimi əhəmiyyətli işlə məşğul olan həkimlərin işlədiyi Uolter Rid adına hospitala getməyə hazırlaşıram.
Nə vaxt ki, bu hospitala yola düşəcəm, tibbi maska geyməli olacam və mən bunu düzgün hesab edirəm. Lakin düşünürəm ki, daim yoxlanmağa ehtiyac yoxdur, ətrafımdakıların hamısı daim tibbi yoxlamadan keçir və sosial məsafənın saxlanması qaydalarına riayət edirlər".
ABŞ rəhbəri qeyd edib ki, onunla təmasda olan şəxslər müntəzəm olaraq koronavirus testindən keçirlər: "Məndə qoruyucu maskadan istifadə ilə bağlı heç bir problem yoxdur. Amma bunu müvafiq şərtlərlə etmək lazımdır. Mən adətən başqa insanlardan uzağam və ətrafımda olanların hamısı test edilir".