Astara rayonu bəlli olduğu kimi Azərbaycanın cənub bölgəsində ən ucqar rayonlarından biridir. Vaxti ilə burada Pedaqoji Kollecin açılması da həmin rayon və bölgə üçün mühüm hadisə idi. Daha sonralar bu kollec açıq saxtakarlıq yuvasına çevrildi. Nəticədə kollecin o vaxtkı astaralı direktoru ağır ittihamlarla həbs olundu.
Astara Kolleci isə bu ilki imtahan mövsümündə daha maraqlı bir antirekorda imza atıb.
Belə ki, Kolles rəhbərliyi 1-ci kurslar üçün 13 fəndən imtahan götürməyə qərar verib. Əvvəl hər iki gündən bir, son günlər isə hər gün imtahandır.
Hansı ki, martın əvvəlindən dərslər dayandığından fənlərin çoxu ya tədris olunmayıb, ya da onlayın qaydada ortabab tədris olunub.
Amma bütün bunlara baxmayaraq Astara kolleci necə deyərlər, “baltanı dibdən qoyub”. Xəyalə gələn hər bir fənn imtahana çevirib.
Məsələn, qız tələbələr hətta çağırışa qədər tərbiyədən də imtahana cəlb edilib.
Məlumdur ki, onlayın qaydada fiziki tərbiyə, bədən tərbiyəsi dərsləri demək olar ki, keçirilmir, lakin bu kollec həmin fəndən də imtahan götürüb.
Əsasən ucqar kəndlərdən olan tələbələrin mobil telefonla imtahan imkanlarının necə çətin olduğunu nəzərə alsaq, mənzərə daha da aydınlaşar.
Ədəbiyyat imtahanı isə daha yaddaqalan olub. Bizə müraciət edən tələbələr və valideynlər bildirir ki, onlayın qaydada belə keçilməyən ədəbiyyat fənnin 5 sualın cavabını tələbələr 4-5 dəqiqəyəyekunlaşdırmaq zorunda qalıb. Halbuki, ədəbiyyat dərsləri son aylar demək olar ki, keçirilməyib.
Nəticədə, məktəb rəhbərliyinin “Humanistliyi” tələbə və valideynlərdə pandemiya dövründə ciddi stress yaradıb. Kimlərsə rəhbərliklə və müəllimlərlə “doğmalaşıb” imtahandan daha uğurla çıxıb, kimlərsə... daha hamısın indi deməyək. Çünki mövzuya daha geniş formatda qayıtmağı düşünürük.
Valideynlərin bildirdiyinə görə, əksər tələbələr şikayət edəcəkləri halda təzyiqlərlə uzləşəcəyini göz altına alıb susalar da, “səsini” çıxardanlara daha artıq güzəştlər edilib.
Bəs rəhbərlik nə deyir?
Biz məktəbin direktoru Ağababa İsmayılova zəng edib bu məsələyə aydınlıq gətirməsini xahiş etdik. O, qısa, birmənalı, bir qədər də təkkəbbürlə bildirdi ki, imtahanların sayının təyin edilməsi birbaşa Respublika Təhsil Nazirliyinin səlahiyyətlərinə daxildir, burada bizlik heç nə yoxdur.
Bəs qanun nə deyir?
Əksər kollec rəhbərləri bildirilir ki, imtahanların sayının, vaxtının təyin edilməsi və sair kollecin müstəsna hüququdur.
İndi maraqlı sual yaranır- görəsən, Astara Kollecinin pandemiya dövründə 13imtahanlıq “komediyanın” tamaşasınıNazirlik ancaq Astara Kollecinə həvalə edib, ya digər təhsil ocaqlarına da?
Belə çıxır ki, nazirlik Astaraya bir, Lənkəran başqa cür, Masallıya tam başqa cür təlimat verir.
Məlum oldu ki, ölkənin ən nüfuzlu universitetlərindən sayılan Bakı Mühəndislər Universiteti tələblərinin ötən smestrdəki qiymətlərin və bu ilin ”zaçot” qiymətlərin əsas götürərək, onları imtahanlardan azad edib.
Elə Astara rayonunun qonşuluğundakı Lənkəran Dövlət Humanitar Kolleci də ötən smestrin qiymətlərini əsas götürərək, tələbələrinə imtahan amnistiyası verib.
Masallı Dövlət Regional Kolleci isə 3 əsas fəndən – riyaziyyat, xarici dil və Azərbaycan dilindən tələbələrini yüngülvari imtahan edərəkə, pandemiya dövründə tələbələrini imtahan ssesiyasını başa vurub.
İndi söz Respublika Təhsil Nazirliyinindir. Doğrudanmı, Astaranı ucqar görüb, burada ekspriment keçirir?
Yaxud nazirliyin bu bölgəyə baxan kuratorunun bu həngamədən xəbəri yoxdur?
Təəssüf ki, nazirlik hazırda fəaliyyət göstərmədiyi üçün biz onlarla əlaqə qura bilmədik.
Həm də maraqlıdır ki, Astara Rayon İcra Hakimiyyəti, Astaranın millət vəkilləri, hüquq mühafizə orqanları bu qanunsuzluqla necə barışıb?
Biz bu olayı maksimum ictimailəşdirib əlaqədar təşkilatlardan cavab xahiş edəcəyik.
Yəqin ki, Astara koilleci bu il pandemuyadan faydalananlar sırasında ön sıralara layiq görüləcək.
Cenub.az