TƏBİB ofis əməkdaşlarının, sahibkarlar və menecerlərin olduqları məkanlarda COVID-19-la bağlı qaydalarla əlaqədar müraciət ünvanlayıb.
Millitv.az xəbər verir ki, müraciətə əsasən, əməkdaşlar COVID-19 haqqında maarifləndirilməli, ofisdə gigiyenaya riayət etməyə təşviq etməklə bağlı posterlər yerləşdirilməlidir:
“Xəstəliyi olan əməkdaşlar ofis binasına buraxılmamalı və onların evdə izolyasiya olunmasına şərait yaradılmalıdır. Ofisdə asqırarkən və ya öskürərkən ağız və burun birdəfəlik salfetlə örtülməlidir.
Ofis birdəfəlik salfetlərin atılması üçün qapalı zibil qabları ilə təmin olunmalıdır. Ofis əlləri dezinfeksiya etmək üçün içində dezinfeksiyaedici məhlul olan dispenserlərlə təchiz olunmalıdır”.