Axtarış...

Bütün ölkə üzrə YOXLAMALAR BAŞLAYIB - Qəzet satışından qızıl satışınadək

Bütün ölkə üzrə YOXLAMALAR BAŞLAYIB - Qəzet satışından qızıl satışınadək


Xəbər verdiymiz kimi, İqtisadiyyat Nazirliyi fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə monitorinqlər keçirir.

Nazirliyin və onun tabelyindəki qurumların əməkdaşlarının, habelə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin daxil olduğu 14 monitorinq qrupu mayın 22-də Bakı şəhərində fəaliyyət göstərən iş və xidmət sahələrində, o cümlədən marketlər, bərbərxana və gözəllik salonları, apteklər və s. obyektlərdə, istehsal müəssisələrində zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması vəziyyətini araşdırıb.

Monitorinqlər Bakının bütün rayonlarını əhatə etməklə qida məhsullarının ticarəti üzrə 3, ictimai iaşə üzrə 36, qida məhsulları istehsalı üzrə 7, qeyri-qida məhsulları istehsalı üzrə 6, xidmət və digər ticarət sahələri üzrə 191 olmaqla 243 obyektdə keçirilib.

Nəzarət tədbirlərinın keçirildiyi 133 obyektdə zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunmadığı aşkara çıxarılıb. Monitorinq aparılan obyektlərin 16-də təmizlik və dezinfeksiya işlərinə riayət edilməməsi, 62-də əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlər ilə təmin olunmaması, 27-də sosial məsafənin qorunmaması, 12-də işçi heyətin qoruyucu vasitələrlə təmin edilməməsi, 15-də ticarət obyektinin daxilində maska və digər fərdi qoruyucu vasitələrdən istifadə olunmaması və s. hallara rast gəlinib. Suraxanı rayonunda“Maşallah Market”də və “Urfa Lahmacun” iaşə obyektində, Binəqədi rayonunda “Panda Kids”,“Garden Haus” restoranında, Sabunçu rayonunda “Moda Kids” mağazasında, “The Late Beauty” gözəllik salonunda və "Mufamed" MMC-yə məxsus aptekdə, Səbail rayonunda “Derimod” mağazasında, Nizami rayonunda Emin Məmmədova məxsus kafedə və "Dokta" MMC-yə məxsus “Dokta Aptek”də və s. ticarət və xidmət obyektlərində zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilib.

Maraqlıdır, Azərbaycanda koronavirus pandemiyası səbəbilə 2 ay müddətinə dayandırılan, yaxın günlərdə karantin qaydalarının yumşaldılması ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblər hansılardır?

Cebhe.info xəbər verir ki, TƏBİB tərəfindən hazırlanan müvafiq sənəd müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə çalışan əməkdaşların və vətəndaşların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.

Xidmət sahəsi müəssisələrində COVID-19-la mübarizə çərçivəsində görülməli tədbirlər bunlardır:

*Müəssisələrdə sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub geyinmə otağı və s.) sanitar gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanması;
*Müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi; Bütün ərazilərin əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlər ilə təmin edilməsi;
*Birdəfəlik istifadə üçün salfetlərlə təmin edilməsi; Əməkdaşların yetərli sayda tibbi maska və əlcəklərlə (zəruri sahələrdə) təmin olunması;
*Xidmət sahəsi müəssisələrində çalışan işçilərin gün ərzində bir çox insanla yaxın təmasda olduğunu nəzərə alaraq, birdəfəlik istifadə edilən maska, həmçinin dezinfeksiya məhlulundan düzgün istifadə etmələrinin təmin edilməsi;
*İstifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbaların qoyulması və bu tullantıların müvafiq qaydada məhv edilməsi;
*Müəssisədə növbə ilə çalışan əməkdaşların eyni heyətdə işləmələri və rotasiya edilməmələrinin təmin olunması; *Ehtimal edilən yoluxma riskinin azaldılması məqsədi ilə təchizatçılar və müştərilər ilə rəhbərlik tərəfindən təyin olunmuş eyni əməkdaşların ünsiyyətdə olması;
*Mətbəxdə, heyət otaqlarında, sanitar qovşaqlarda və xidmət zallarında mütəmdezinfeksiya işlərinin aparılmasının təmin edilməsi;
*Qida qəbulu zallarında oturacaqların ara məsafəsinin 1m-dən az olmamasının təmin edilməsi;
*Qida qəbulu zallarında yemək masaları arasındakı məsafənin 2 m-dən az olma- masının təmin edilməsi; *Zalların və otaqların mütəmadi havalandırılması;
*İşçi heyətin mütəmadi olaraq maarifləndirilməsi, həmçinin infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı ən son məlumatlara sahib olması;
*Tullantıların vaxtında kənarlaşdırılması, həmçinin tullantı qablarının təmiz saxlanılması;
*Müştəriləri məlumatlandırmaq məqsədilə infoqrafın müəssisənin giriş-çıxış qapılarında, soyuducuların qapılarında, rəflərdə, piştaxtalarda və rahat görünən digər yerlərdəasılması, həmçinin ödəniş həyata keçirilən zaman hər bir istehlakçıya təqdim olunması.

Dezinfeksiya şərtdir

Xidmət sahələrində dezinfeksiya edilməsi vacib olan sahələr və tövsiyə edilən dezinfeksiya maddələri bunlardır:
*Giriş-çıxışlardakı ayaqaltlıqlar (xlor tərkibli məhlul və ya digər);
*Qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və ya digər);
*İstehlakçıların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaqları (spirt tərkibli məhlul və ya digər);
*Məhsulların saxlandığı rəflər, stellajlar, daşındığı araba və səbətlər (spirt tərkibli məhlul və ya digər); *Çoxmərtəbəli müəssisələrdəki eskalatorlar və onların tutacaqları, liftlər (spirt tərkibli məhlul və ya digər); *Döşəmələr (xlor tərkibli məhlul və ya digər); Soyuducuların tutacaqları (spirt tərkibli məhlul və ya digər);
*Soyunub-geyinmə otaqları (xlor tərkibli məhlul və ya digər);
*Sanitar qovşaqlar (xlor tərkibli məhlul və ya digər); *Anbarlar (xlor tərkibli məhlul və ya digər);
*Tullantıların yığıldığı sahələr (xlor tərkibli məhlul və ya digər);
*Tullantı qabları (spirt tərkibli məhlul və ya digər); *Ödəniş terminalları (spirt tərkibli məhlul və ya digər); *Kassada yerləşən konveyerlər (spirt tərkibli məhlul və ya digər).

İşçi heyətinin şəxsi gigiyenasına da xüsusi diqqət yetirilir. Şəxsi gigiyena qaydalarına riayət edilməli, işə başlamazdan, tullantılarla təmasdan, təmizlik işlərindən, sanitar qovşaqdan istifadədən, asqırma və öskürmədən, pulla təmasdan, siqaret çəkdikdən sonra işçilərin əllərini təmiz yumasına və ya dezinfeksiyasına nəzarət edilməlidir. İşçi heyətin əllərində istənilən kəsik, açıq, qapalı yaralar mütləq su keçirməyən sarğı ilə örtülməli, bununla bağlı tibb müəssisəsinə dərhal müraciət olunmalıdır.

Bu yerlərdə maska məcburidir

Tibbi maskalardan ümumi istifadə qaydaları da müəyyən olunub. Qapalı məkanlarda maskanın istifadəsi mütləq şərtdir. Maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı boş- luqları minimuma endirmək şərti ilə taxılmalıdır. İstifadə zamanı maskanın ağızla təmasda olan hissəsinə toxunmaq olmaz. Maska çıxarılan zaman müvafiq texnikaya əməl edilməlidir (maskanın ön hissəsinə toxunmaq olmaz, arxa hissəsindəki ipləri vasitəsilə çıxarılmalıdır). Maskanı çıxardıqdan sonra əllər spirtlə təmizlənməli, yaxud sabun və su ilə təmiz yuyulmalıdır. Maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi vacibdir. Birdəfəlik maskalardan təkrar istifadə edilməməlidir.

Birdəfəlik maskaların istifadəsindən sonra onların zərərsizləşdirilməsi və kənarlaşdırılması vacibdir.

Gözəlləşmək üçün də xüsusi qayda

Xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatda da bərbər və gözəllik salonlarında onlayn növbə qəbul sisteminin tətbiqi nəzərdə tutulur. İş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalıdır. Bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir. Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə olunmalıdır. Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi məcburidir. Kosmetoloji xidmətlər zamanı xidmət göstərənin sipərik, tibbi maska və əlcəkdən istifadəsi məcburidir. Hər bir müştəri üçün ayrı dəsmallar istifadə olunmalıdır. Qayçı, ülgüc, təraş maşınlarının başlıqları və istifadə edilən digər alətlər mütləq dezinfeksiya edilməlidir. Ülgüc, epilyasiya iynə ucları kimi deşici və kəsici alətlər tibbi tullantı qutusuna atılmalı və tibbi tullantı kimi ləğv edilməlidir. Qayçılar və ülgüc başlıqları yuyulduqdan sonra spirtlə təmizlənməlidir.

Qəzet və kitabları belə satın

Kitab, qəzet və dəftərxana mallarının satışında onlayn satışlara üstünlük verilməlidir. Kitabxana və bu tipli müəssisələrin oxu zalları istifadəyə verilməməlidir. Bu tip müəssisələrdə kontaminasiyanın qarşısının alınması məqsədi ilə əhalinin özünə xidməti məhdudlaşdırılmalıdır. Əhaliyə xidmət göstərən personal fərdi qoruyucu vasitələr ilətəmin olunmalıdır. Müəssisəyə fərdi qoruyucu vasitələri ilə daxil olunmalıdır. Çıxışlarda əlcək və maskaların utilizasiyası üçün xüsusi konteynerlər yerləşdirilməlidir. İşlənmiş fərdi qoruyucu vasitələrin atılması tibbi tullantıların utilizasiyası qaydasına uyğun icra edilməlidir.

Geyim satışı zamanı dəyişmə otaqlarından istifadə qadağandır. Kosmetika və ətriyyat satışındanümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağandır.

Qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti zamanı müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir. Mobil cihazların, ehtiyat hissələrinin və aksessuarların satışı və təmiri zamanı müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.

Ticarət mərkəzlərinin daxilində tibbi maska istifadəsi məcburidir. Ticarət mərkəzlərindəki apteklərdə tibbi maskaların satışı təmin edilməlidir. Bütün ticarət mərkəzlərində xüsusi tibb məntəqələri ayrılmalı və tibbi personalı müvafiq təlim keçməlidir. Ticarət mərkəzlərinin girişlərində xüsusi ayrılmış sahədə daxil olan vətəndaşların məsafədən termometriyası aparılmalıdır. Hərarəti yüksək olan vəinfeksiya simptomları olan şəxslər tibb məntəqəsində izolyasiya edilməli, sağlamlıq vəziyyəti qiymətləndirilməli, zərurət yarandıqda 103 TTTY xidməti dəvət edilərək tibb müəssisəsinə göndərilməlidir. Ticarət mərkəzinin ayrı-ayrı sahələrində davranış və dezinfeksiya qaydaları müvafiq sahələrin qaydalarına uyğun icra edilməlidir.

Digər sahələrdə hər 2-3 saatdan bir ümumi zallar, qida qəbulu otaqları (masaların üstü hər istifadədən sonra) dezinfeksiya edilməlidir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz