Millitv.az Prezident İlham Əliyev vətəndaşların sosial rifahının yaxşılaşması istiqamərində növbəti bir addım atıb. Tikinti sahəsində “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunda dəyişiklik barədə Fərman imzalayıb.
Dəyişikliyə əsasən, ekspertizadan keçirilməsi tələb olunan bəzi tələblər ləğv edilib.
Belə ki, bundan sonra yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan qeyri-yaşayış obyektlərinin tikinti layihələrinin ekspertizadan keçirilməsi tələb olunmayacaq.
Eyni zamanda insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1 400 kvadratmetrdən, tikinti sahəsi 1 000 kvadratmetrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan anbar binalarının layihələrinin ekspertizadan keçirilməsi tələb olunmayacaq.
Bildirmək istəyirik ki, aşırım yükdaşıyan konstruksiyaların mərkəzi oxları arasında olan məsafədir.
Millitv.az