Axtarış...

Nazir Bakı metrosunun polis rəisini işdən çıxardı - ƏMR

Nazir Bakı metrosunun polis rəisini işdən çıxardı - ƏMR


Bakı Metropoliteni polis idarəsinin rəisi, polkovnik Samir Hüseynov vəzifəsindən uzaqlaşdırılıb.

Bu haqda Oxu.az-a hüquq-mühafizə orqanından məlumat verilib.

Mayın 19-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə S.Hüseynov sərəncama göndərilib.

Hələlik bu vəzifəyə heç kim təyin olunmayıb.

S.Hüseynov son beş ildə metroda asayişin qorunması işlərinə rəhbərlik edib. Bundan əvvəl o, Yasamal Rayon Polis İdarəsində rəis müavini vəzifəsində çalışıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz