Axtarış...

24 saylı Birləşmiş Şəhər Xəstəxanasında bazar açıblar - İDDİA

24 saylı Birləşmiş Şəhər Xəstəxanasında bazar açıblar - İDDİA


Ölkənin səhhiyyə və təhsil sahəsi bu mənada, xüsusilə, daha bərbad vəziyyətdədir.

7GUN az-a verilən məlumata görə, 24 saylı Birləşmiş Şəhər Xəstəxanasında tibbi müayinələrə və arayışların verilməsinə görə insanlardan açıq-aşkar rüşvət tələb olunur. 24 saylı birləşmiş Şəhər Xəstəxanasının əhatə etdiyi yaşayış sahəsində qeydiyyatda olmayan və yaşamayan şəxslərə arayışlar biraz baha qiymətə satılır. Arayışların təyinatına görə qiymətləri 30- 50 manat arasında dəyişir. Məlumatlarda bildirilir ki, tibbi arayışlara görə tələb olunan rüşvəti verməyənlər get-gələ salınır, onlara qarşı kobud rəftar və digər haqsızlıqlar edilir.

7GUN.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə bütün bu özbaşınalıqların və haqsızlıqların arxasında şəxsən Baş həkim Azər Məmmədov özü dayanır və rəhbərlik etdiyi tibb müəssisəsini bazar qaydaları ilə idarə edir.

Məlumata görə, Azər Məmmədov sözügedən xəstəxanadakı özbaşınalıqlardan və haqsızlıqlardan şikayət etmək istəyənləri təhdid edir, heç kimdən çəkinmədiyini, edilən şikayətlərin nəticəsiz qalacağını bildirir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz