Sosial şəbəkələrdə Azərbaycanda kəndlilər arasında baş verən kütləvi davanın görüntüləri yayılıb.
Mediabiz.az xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən açıqlama verilib. Qeyd edilib ki, hadisə bir müddət öncə Göygöl rayonunun Qızılca kəndində baş verib. Hətta olayla bağlı bir neçə nəfər də məsuliyyətə cəlb edilib.
“Hadisə ilə bağlı araşdırma aparılıb. İctimai qaydaları pozan şəxslərlə bağlı müvafiq tədbirlər görülüb”,- deyə nazirliyin mətbuat xidmətindən bildirilib. //Bizimyol.info