Azərbaycanda müəllim və valideyn arasında dava düşüb.
Unikal.org-un məlumatına görə, hadisə Gəncə şəhərində 10 nömrəli orta məktəbdə baş verib. Müəllim-valideyn davasını özündə əks etdirən görüntülər sosial şəbəkədə yayılıb. Onlar arasında başlayan söz mübahisəsi sonradan saçyoludusuna gətirib çıxarıb. Tərəfləri digər müəllimlər güclə ayırıblar.
Valideyn sinif otağını tərk etdikdən sonra müəllim qışqırmağa başlayıb.
Həmkarları onu sakitləşdirməyə çalışıblar.
Unikal.org