Ölkədə koronavirus pandemiyasının yayılması yeni biznes fəaliyyətlərinin ortaya çıxmasına zəmin yaradıb.
Axar.az xəbər verir ki, artıq koronavirusla bağlı “dezinfeksiya xidmətləri” fəaliyyətə başlayıb.
Bu barədə elan saytlarında məlumat və telefon nömrələri yerləşdirilib. Onlayn formada fəaliyyət göstərən bu şəxslər mənzilin 1 kvadrat metrini 60 qəpiyə dezinfeksiya edirlər.