Sosial şəbəkələrdə bir şəxsin naməlum obyektdə lifti çağırmaq üçün ayağından istifadə etməsi ilə bağlı görüntülər yayılıb. Kadrlarda liftin düyməsini ayağı ilə vurduğu müşahidə olunan bu şəxs, iddiaya görə “British Petrol”-un(BP) Azərbaycan, Gürcüstan və Türkiyə regionunda qurudakı (midstrim) əməliyyatlar üzrə vitse-prezidenti Zaur Paşayevdir.
Məsələ ilə bağlı BP ilə əlaqə saxladıq. Şirkət faktı nə təsdiq, nə də təkzib etdi. Qurumdan Yeniavaz.com-a bildirildi ki, onlarda bu şəxsin Zaur Paşayev olub-olmamasına dair heç bir məlumat yoxdur.