Axtarış...

Baş bankirdən dollarla bağlı mühüm açıqlama



Son günlər dünya bazarında neftin qiymətinin düşməsindən sonra Azərbaycanda dolların məzənnəsinin yenidən qalxacağı ilə bağlı əhali arasında yaranan ajortajla bağlı Mərkəzi Bankın sədri Elman Rüstəmov açıqlama verib.

Millitv.az Unikal.org-a istinadən xəbər verir ki, E.Rüstəmov dolların məzənnəsinin yüksəlməməsi üçün ölkədə bütün tədbirlərin görüldüyünü bildirib:

"Martın 10-da Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə qlobal enerji bazarında vəziyyət və onun iqtisadiyyata təsirinə dair məsələlər müzakirə edilib. Bu gün də iclas davam etdiriləcək. Mən əhalini təmkinli olmağa çağırıram".
Text-to-Speech

DİNLƏ






Şərh yaz