Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mirdaməd Mirsadıq oğlu Sadıqovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mirdaməd Mirsadıq oğlu Sadıqov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, M.Sadıqov 2013-cü ilin fevralından İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı olub və 2020-ci il martın 5-də dövlət başçısının sərəncamı ilə vəzifəsindən azad edilib.