“ASAN Xidmət”in işini çətinləşdirən notarius – “Hamı bezib''
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
”Bərdə “ASAN Xidmət” mərkəzinin notariusu Tamaşa Atakişiyeva vəzifəsinin öhdəsindən gələ bilmir. Bu barədə ANAXEBER.info-ya Bərdə sakinləri bildirib. Onların sözlərinə görə, Tamaşa Atakişiyevanın fəaliyyəti “ASAN xidmət”in işini çətinləşdirməkdən ibarətdir. Bərdə sakinləri deyir: “Müasir texnologiyalar barədə məlumatlı deyil. Kompüteri işlədə bilmir. Bu səbəbdən də bizi get-gələ salır. Məsələn, hansısa sənəd kompüterdə var, deyirsən ki, oradan tanış ola bilərsiniz, deyir, yox get kağız variantında gətir. Çünki kompüter barədə anlayışı yoxdur. Digər tərəfdən görmə qabiliyyəti zəifdir. Bəzən sənədləri səhv imzalayır, yaxud vətəndaşa başqa sənəd təqdim edir”.Sakinlər bildirir ki, onlarla insan Tamaşa Atakişiyevanın işinin öhdəsindən gələ bilməməsinə görə ciddi problemlərlə üzləşiblər. “Hətta Bərdə “ASAN Xidmət” mərkəzinin rəhbrəliyi də onun fəaliyyətindən narazıdır. Buna baxmayaraq nədənsə Tamaşa Atakişiyeva hələ də notarius vəzifəsinin icra etməkdə davam edir. Dəfələrlə şikayət etmişik. Sadəcə çağırıb danlayıblar, vəssalam. Danlamaqla iş bitmir axı. Bu şəxs vəzifəsinin öhdəsindən gələ bilmir, insanlar əziyyət çəkir. Bir sənəd işi olanda Tamaşa Atakişiyevanın üzündən günlərlə vaxt itirməli oluruq. Hamı bezib”, -deyə sakinlər bildirib.