Bakı Dövlət Universitetinin (BDU) daha iki tələbəsi zəhərlənərək xəstəxanaya çatıdırılıb.
Millitv.az bildirir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, BDU-nun yataqxanasında iki tələbənin vəziyyətinin pisləşməsi barədə məlumat Təcili Yardıma saat 08:15-də daxil olub. Universitetin Yasamal rayonu, Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası qastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Kliniki Tibbi Mərkəzə çatdırıb.
Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır. Hazırda vəziyyətləri nisbi-qənaətbəxşdir.