Axtarış...

GƏNCƏ HƏBSXANASINDA HƏRC-MƏRCLİK - İDDİA

GƏNCƏ HƏBSXANASINDA HƏRC-MƏRCLİK - İDDİA

Gəncədəki əməkdaşımız Azər Allahverdiyevin “Hürriyyət”ə ünvanladığı məktubda deyilir ki, 2019-cu ilin 2 sentyabr tarixindən Gəncə Şəhər Həbsxanasının rəsisi Rəsulov Ruslan Dəmir oğlunun işinə xitam verilib. Buna səbəb isə həbsxana rəisinin Gəncə təcritxanasında özünəməxsus rejim yaratması olub.

“Maraqlıdır, həbsxana rəsini zabit və gizirlər üçün nəzərdə tutulan xidməti qapının qarşısını tikanlı məftillərlə əhatələməyə vadar edən nədir? ”

Azər Allahverdiyevin jurnalist araşdırması üzə çıxarıb ki, təcritxanada dustaqlar çox olduğundan hamıya çarpayı çatmır və dustaqlar növbə ilə istirahət etməli olur. Bundan əlavə, ağır və xüsusilə ağır çinayət törədən şəxslər Ruslan Rəsulovu saya salmadan həbsxananın həyətində istədikləri kimi hərəkət edirmiş.

Gəncədəki əməkdaşımız məktubunda bildirir ki, Ruslan Dəmir oğlu həbsxananın işçilərinin istifadəsində olan giriş qapısının dörd bir tərəfdən dəmir armaturlarla, tikanlı məftillərlə hasarlayıb. Yazıya əlavə olunmuş fotolardan biri deyilənləri tam təsdiq edir. Jurnalist məktubunda: “Maraqlıdır, həbsxana rəsini zabit və gizirlər üçün nəzərdə tutulan xidməti qapının qarşısını tikanlı məftillərlə əhatələməyə vadar edən nədir? ”,- deyə özünə sual edir.

Gəncə Şəhər Həbsxanasının görüş otağında anti-sanitariya hökm sürür, ətraf çirkab içindədir

Dustaqlar bir neçə dəfə fiziki zorakılığa məruz qaldıqlarını bildiriblər, eləcə də həbsxanadakı şəraitsizlikdən gileyləniblər

Sözügedən məktubdan onu da öyrəndik ki, Gəncə Şəhər məhkəməsində müxtəlif çinayət işləri üzrə dindirilən dustaqlar bir neçə dəfə məhkəmə zalında qançır olmuş bədən üzvlərini hakimə göstərərək həbsxanada fiziki zorakılığa məruz qaldıqlarını bildiriblər, eləcə də həbsxanadakı şəraitsizlikdən gileyləniblər.

Azər Allahverdiyevinin “Hürriyyət”ə yolladığı digər fotoda açıq-aydın görünür ki, Gəncə Şəhər Həbsxanasının görüş otağında anti-sanitariya hökm sürür, ətraf çirkab içindədir.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elmira Behbudova, ombudsman Elmira Süleymanova Gəncə Şəhər Həbsxanasında monitorinq keçirməlidir

Monitoqinqin nəticələri ilə bağlı mətbuata açıqlama verilməsi vacib məsələlərdən biridir

Azər Allahverdiyev təqdim olunan faktların qapalı şəraitdə saxlanılan dustaqların həbsxanada işgəncəyə məruz qaldıqlarına inanmağa əsas verdiyini bildirir. Əməkdaşımız dustaqların saxlanma şəraiti və sağlamlıq durunmu haqda daha səhih məlumat əldə etmək üçün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elmira Behbudovanın, ombudsman Elmira Süleymanovanın Gəncə Şəhər Həbsxanasında monitorinq keçirməsinin vacibliyini vurğulayır. Jurnalist bildirir ki, monitorinq zamanı həbsxanadakı dustaqların bədən üzvələrinin və daxili orqanlarının müayinə olunarsa, onların saxlanma şəraiti və digər narazılıqları bütün dəqiqliyi ilə araşdırılarsa, real vəziyyətə daha düzgün qiymət verilər, günahkarlar öz haqlı cəzasını alar. Gəncədəki əməkdaşımızın fikrincə monitoqinqin nəticələri ilə bağlı mətbuata açıqlama verilməsi də vacib məsələlərdən biridir.

Azər Allahverdiyev onu da qeyd edir ki, son vaxtlar ombudsman Elmira Süleymanova, İşgəncələrə qarşı komitənin sədri Elmira Behbudova Gəncə həbsxanasında monitorinq keçirməyibdir.

Həmkarımız həmçinin sözügedən məsələ ilə bağlı yeni məlumat əldə etdiyini də yazır. Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin əməkdaşı Mirsaleh adlı şəxsi müvəqqəti olaraq həbsxanaya rəis təyin ediblər. Allah Allahverdiyev məktubunun sonunda yaxın zamanlarda yeni araşdırma ilə sözügedən mövzuya qayıdacağını və bizi hadisələrin gedişatından hali edəcəyini bildirir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz