Faəliyyətini dayandırmış “Bakı” futbol klubunun bazası bağlanır.
Qol.az azerifootball.com saytına istinadən xəbər verir ki, hazıra Biləcəri Məşq Bazası adı altında fəaliyyət göstərən idman obyektivnin ilin sonunda bağlanacağı bildirilir. İki həftə əvvəl bununla bağlı orada məşq keçən Premyer Liqanın (“Zirə”, “Qəbələ”), Birinci divizionun və Regionlar Liqasının bəzi klublarına xəbərdarlıq da edilib.
Xatırladaq ki, “Bakı” klubunun bazası müasir standarlara tam cavab verib. Milli komandamızla oyun üçün bir vaxtlar Bakıda olmuş Almaniya və Portuqaliya məşqlərini məhz bu bazada keçirmişdilər.