Axtarış...

"Bakı" kinoteatrı söküldü - Yerində ticarət mərkəzi tikiləcək

Moskvadakı məşhur "Bakı" kinoteatrı sökülüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, sovetlər dövründən fəaliyyətdə olan və Rusiya paytaxtının prestijli rayonlarından birində, Usiyeviça küçəsi 12/14 ünvanında yerləşən "Bakı" kinoteatrının sökülməsinə başlanılıb.

Kinoteatrın yerləşdiyi binada "Bakı" adlı Azərbaycan restoranı da fəaliyyət göstərib. Atırq bir neçə gündür ki, ağır texnika "Bakı" kinoteatrının yerləşdiyi binanı sökməyə başlayıb.

Sökülən binanın yerinə yeddi mərtəbəli yeni ticarət mərkəzi tikiləcək. Ticarət mərkəzində beş mərtəbə yerin üstündə, iki mərtəbə isə yerin altında olacaq. "VTB" bankına məxsus bu mərkəzin 2000 kv.m-i yenə azərbaycanlı iş adamlarına icarəyə veriləcək. Həmin 2000 kv. metr ərazidə yenidən "Bakı" kinoteatrı açılacaq. Bundan başqa bu məkanda Azərbaycan mədəniyyət mərkəzinin açılacağı da planlaşdırılır.

Qeyd edək ki, Moskvadakı "Bakı" kinoteatrı 1974-cü ildə memarlar İ. Volkov, E. Smolina və L. Fadeyevanın layihəsi əsasında tikilib. Binanın tikilməsində ənənəvi Azərbaycan memarlığının motivlərindən istifadə olunub. Kinoteatrda 600, 70 və 60 nəfərlik üç zal olub.
Text-to-Speech

DİNLƏ






Şərh yaz