Bakıdan Naxçıvana aviabilet problemi ilə əlaqədar qələmə aldığımız Naxçıvanlıların ölüsü də AZAL üçün yaxşı gəlir mənbəyidir sərlöhvəli yazımız ciddi rezonans doğurub.
Ovqat.com xəbər verir ki, yazıyla bağlı fikirlərini bildirən sadə naxçıvanlıların böyük əksəriyyəti irəli sürdüyümüz iddialarla razılaşır, AZAL rəhbərliyini quru yuyub yaş sərirlər.
Belə narazılardan biri də Hüseyn Abbasov adlı vətəndaşdır. Paylaşımımızın altına rəy yazan şikayətçi qeyd edib ki, bənzər problemlə iki dəfə üzləşib:
“Birinci dəfə 2018-ci ildə online bilet alıb öz ailəm övladlarımı Bakıdan yola salanda (özüm getmirdim) bu problemlə qarşlaşdım. Çox uzun danışıqdan sonra bank kartımı da təqdim etdim, sonra uşaqlarımı yola sala bildim, lakin Naxçıvandan qayıdanda həmin biletləri 25% cərimə ilə qaytarıb təzədən bizə satdılar”.
İkinci dəfə eyni problemlə bu il üzləşdiyini bildirən şikayətçi vəziyyətin hazırda daha mürəkkəb olduğundan gileylənib:
“2019-cu ildə isə artıq Bakıdan da yola sala bilmədim. Biletləri qaytardılar, bu dəfə, sağ olsunlar, 10% cərimə çıxdılar və həmin reysə həmin biletləri təzədən mənə satdılar.
Bəlanın ikinci tərəfi də var ki, qaytarılan biletin pulu təzədən karta yüklənir. Əgər üzərində nəğd pulun yoxdursa təkrar bilet almağa, əlində bilet ola-ola təyyarəyə baxa-baxa qalacaqsan”.
Lap, məşhur mahnılarımızdan birində deyildiyi kimi:
Bir-iki işbazın əməli nəticəsində 450 min naxçıvanlının bu sahədə çox əziyyət çəkdiyini yazan Hüseyn Abbasov AZAL-ın bəzi analoqu olmayan biznes fırıldaqlarına da münasibətini bildirib: “Nə AZAL-ın digər ölkələrə, nə də dünyanın başqa şirkətlərində kartla ödənişdə belə bir şərt yoxdur ki, ödəniş etmisənsə sən də uçmalısan. Bu ən azından insanlara hörmətsizlik deməkdir. Güc-bəla ilə online bilet satışı tətbiq etdilər. İndisə elə şərtlər qoydular ki, adı var özü yoxdur kimi. Bu barədə Naxçıvanlılar bir şey etməlidirlər”.
Ovqat.com