Qobustan rayonu, Xilmilli kənd sakini Osmanova (Şərifova) Leyla Tərlan qızı Prezident İlham Əliyevə və bir sıra dövlət qurumlarının rəhbərlərinə şikayət ərizəsi ilə müraciət edib. Bir nüsxəsi də DİA.AZ-a göndərilən müraciətdə deyilir:
"Hörmətli cənab Prezident, bir daha bildirmək istəyirəm ki, mən ailəmlə Qobustan rayonun Mərəzə qəsəbəsində 2007-ci ilədək yaşamış və Qobustan rayon İcra hakimiyyətinin Memarlıq şöbəsində kompüter mütəxəssisi işləmişəm. İşlədiyim dövrdə mən də bir vətəndaş olaraq Nərimankənd ərazisində olan bələdiyyə torpağından fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahə əldə etmək üçün ərizə verdim. Ərizəmə əsasən mənə 0.06 ha torpaq sahəsi yerli bələdiyyə tərəfindən qanuni sənədlərlə, hesaba pul köçürmə, alq-satqı müqaviləsi, qərar, evin eksiz layihə-smeta sənədlri hamısı hazırlanıb mənə təqdim edildi. Mən də təqdim edilmiş yerimə mişar daşı və bir yük avtomobili qum tökdürdüm ki. tezliklə işə başlayaram. Elə oldu ki, ailəmizin maddi imkanı olmadığından yerin kənarını bir az hasar edib qoyduq. 2013-cü ildən ailə həyatı qurdum və o vaxtdan Xilmilli kəndində kirayə kimi müvəqqəti bir evdə yaşamağa başladım. Hazırda öhdəmdə 3 azyaşlı uşaq vardır. Ona görə də kasıbçılıqdan hələlik mənə verilmiş torpaqda ev tikə bilmirdim. Lakin əlavə yerimə yenə iki maşın mişar daşı tökdürmüşdüm. Budur, avqustun 10-da mənə bildirdilər ki, bizim yerdə habil adlı şəxs özbaşına tikinti işləri aparır.O mənim yerimin kənarlarını hasardan çöl tərəfdən yenidən binövrə qazdırıb hasar tikdirmək istəyir. Habil bizə bildirdi ki, mən bu yeri Qobustan şəhər Bələdiyyəsinin sədri Vasif Novruzovdan pulumu verib almışam.Lakin o bizə heç bir sənəd göstərmədi. Yerimizdə işləyən Habilin qohumu olan İlqar adlı bənna da bildirdi ki, mən bu yerin hasarını tikməliyəm. Biz yerimizdə olarkən Bələdiyyə sədri Vasif gözə görünmədən bizi qorxutmaq üçün yerə polis çağırtdırdı. Polis bizim sənədlərimizə baxdı və tikintinin dayandırlımasını tapşırıb çıxıb getdi.Lakin buna baxmayaraq sabahı gün ustalar yağış yağa yağa yenə yerimizdə tikintini davam etdirdilər. Biz bələdiyyə sədri Vasiflə telefonla danışıb nə qədər onunla görüşməyə çalışsaq da o bizdən qaçıb gizləndi, yerində tapılmadı. Yalnız telefonda bildirdi ki, sizdəki sənəd sənəd sayılmır. Biz Qobustan rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədovun qəbulunda olduq. O bələdiyyə sədrinə tapşırıq verdi ki, gedin yerində aydınlaşdırın və mənə məruzə edin. İkinci dəfə qəbulda olarkən Vasif başçıya bildirdi ki, guya Habilin kadastr planı varmış. Amma bu sənədi təqdim etmədi. Başçı bildirdi ki, əgər sənədi varsa o zaman vətəndaşa başqa yerdən torpaq əvəzi yer verin. Lakin bələdiyyə sədri bu günə kimi nə bizə dediyi rəsmi sənədi təqdim edir, nə də başçının tapşırığına əməl edib digər yerdən 0.06 ha torpaq sahəsini verir. Bir sözlə, V.Novruzov başçının tapşırığına əməl etmir, saymır.
Xatırlatmaq yerinə düşərdi ki, 2005-ci ilədək Vasif Novruzov bir gənc uşaq kimi benzindoldurma stansiyasında operator kimi işləyib birtəhər dolanırdı. Elə ki, özünə saxta diplom təşkil edib bəldiyyə sədri oldu dərahal O zamankı icra başçısı olmuş İsmayıl Vəliyevlə birləşib 2007-2010-cu illər ərzində Nərmankənd kənd sakinlərinə Mərəzə qəsəbəsinin gündoğar tərəfində verilmiş pay torpaqlarının hamısını kənar fizki şəxslərə hər sotu 1500 manatdan satıb bölüşmüşlər. Kənd sakinlərinin çoxu məhkəməyə müraciət edərək bu dəstəni ifşa etmişlər. Lakin buna baxmayaraq Vasif Novruzov yenə də qanusuz olaraq mənim kimi vətəndaşlara vaxtilə verilmiş torpaq sahələrini dədsinin malı kimi özbaşına saxta sənədlərlə satıb əsassız varlanmaqla məşğuldur. Məlumata görə bu adamın təkcə Bakı şəhərində üç villası vardır. Digər əmlaklarının sayı-hesabı yoxdur.Bizimlə söhbət zamanı isə bildirir ki, sizin sənədiniz sənəd sayılmır. Görün haram pullar bu adamı hansı dərəcəyə çatdırıb ki, Vasif qonşulu Nərimankənd kənd bələdiyyəsinin verdiyi sənədləri belə tanımaq istəmir . Və saxta sənədlə Qobustan rayonunun bir çox kəndlərində torpaqları satıb onu himayə edən quldur dəstəsilə bölüşür.Nəticədə bu adam o qədər harınlayıb ki, nəinki rayonun icra başçısını, hətta Ədliyyə Nazirliyinin Bələdiyələrlə İş Mərkəzini, AR-nın 1-ci vitse-prezidenti katibliyini, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsini, hüquq mühafizə orqanlarını ümumiyyətlə saymır. Baxmayaraq ki, bu dövlət qurumları tədbir görülməsi üçün qanunamüvafiq göstərişlər vermişdir. Hətta məmur özbaşnalığının son həddini aşaraq 4 gün əvvəl bizə telefonda hədləyici tonda bildirir ki, nə oldu məni internetə verdiniz, şikayətlər etdiniz nə isə bir şey alındı? Alınmayacaq da. Gedin hara istəyirsiniz şikayət edin. Sizə qəti olaraq torpaq verilməyəcək. Mənə heçnə edə bilməzsiniz. Və telefonu söndürdü. İni görün Azərbaycan nə günə qalıbdır ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bu özbaşnalıq edən adi bir bələdiyyə sədrilə bacarmır.Hətta KİV vasitəsilə Prezidentə etdiyim müraciəti də saymır. Budur hətta mənim yerimi satdığı adam Habil hazırda tikintiyə icazəsi olmadığı halda mənim yerimdə tikinti işləri görməklə məşğuldur. Yerli hüquq mühafizə orqanları və icra hakimiyyəti passiv tamaşaçı kimi seyrçi mövqedən durub gözlərini döyməklə məşğuldurlar.
Cənab Prezident və cənab Ədliyyə naziri! Bildiyiniz kimi Qobustan rayoni bələdiyyənin bizə rəsmən verdiyi torpaq sahəsi bizim istifadəmizdə ola-ola indiki bələdiyyə sədri Vasif Novruzov qanunsuz saxta sənədlərlə bazar qiymətinə kim pul versə satıb əsassız varlanmailə məşğuldurlar. Onlar bizim kimi çox sayda sakinlərin başlarına belə dələduzluq oyunları açıblar. Əvvəlki bələdiyyənin camata verdikləri torpaqları min bir bəhanə ilə əllərimizdən alıb saxta sənədləşmə apardıqdan sonra dədlərinin qiymətinə kimə gəldi satıb varlanmaqla, yağlanmaqla məşğuldurlar. Ona görə də xahiş edirəm Qobustan şəhər Bələdiyyəsində Vasif Novruzovun arxasında hansı dövlət məmurunun dayanmasından asılı olmayaraq son 14 il ərzində törətdiyi irimiqyaslı korrupsiya əməllərinin və sənəd saxtakarlıqlarının araşdırılması və hüquqi qiymət verilməsi üçün aidiyyatı üzrə araşdırma aparılmasına göstəriş verəsiniz. Bizim əlimizdən əsassız olaraq alınmış yerimizin də qaytarılmasında köməklik göstərəsiniz".
Dia.az