Axtarış...

ABŞ-da kütləvi qatillərə ölüm hökmü oxunacaq



ABŞ-ın Ədliyyə Nazirliyi kütləvi qətllərdə təqsirkar olan şəxslər üçün ölüm cəzasının tətbiqi haqqında qanun layihəsi hazırlayıb.
TASS xəbər verir ki, bu haqda ABŞ-ın Vitse-Prezidentinin Aparat rəhbəri Mark Şort bildirib.
"Ədliyyə Nazirliyi kütləvi qətllərdə təqsirkar olan şəxslər üçün ölüm cəzasının tətbiqini sürətləndirməyə icazə verən qanun layihəsi hazırlayıb. Vitse-prezidentin komandası baş prokuror Uilyam Barr ilə bununla bağlı iş görür", - deyə, o, bildirib.
O, qeyd edib ki, bu Ağ Evin Konqresə təklif edəcəyi final paketinin bir hissəsi ola bilər.
Text-to-Speech

DİNLƏ






Şərh yaz