"Qida Təhlükəsizliyi Agentliyinin 70 baytar həkimi Bakıda qurbanlıq heyvanların kəsildiyi 33 məntəqəyə nəzarət edir".
Millitv.Az xəbər verir ki, bunu Report-a açıqlamasında Agentliyin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev deyib.
Onun sözlərinə görə, təmsil etdiyi qurumun əməkdaşları heyvanların ilkin müayinəsi üçün lazım olan bütün avadanlıqlar, eləcə də labarator maşınlarla təmin olunub: "Baytar həkimləri kəsimdən əvvəl heyvanları yoxlayıb, onların kəsim üçün uyğun olub-olmadığını müəyyən edirlər. Nöqsanlı hal aşkar edilərsə, heyvanlar kəsimdən uzaqlaşdırılır. Hələ ki, belə hala rast gəlinməyib".
M.Piriyev həmçinin deyib ki, agentliyin əməkdaşları stasionar ət kəsimi məntəqələri ilə yanaşı, rayon icra hakimiyyətlərinin təşkil etdikləri mənqətələrə də ezam olunublar.