Fövqəladə Hallar Nazırliyi 2005-ci ildə sırf zərurətdən yaranmış bir qurumdur. Həmin dövrlərə qədər sözügedən nazırliyin indi səlahiyyətlərinə aid olan bir çox işlərə nəzarət mexanizmi demək olar ki yox dərəcəsində idi. Nazırlik yaradıldıqdan sonra burada çox qısa zamanda böyük işlər görüldü. Xüsusən də əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, su hövzələrində insanların təhlükəsizliyinin qorunması kimi vacıb olan məsələləri tez bir zamanda həyata keçirməyə başladılar. Onun nəticəsidir ki, bu bu gün ölkə ərazisində baş verən yanğınlar operativ şəkildə söndürülür, müxtəlif növ qəzalarda insanların köməyinə məhz fövqəlada hallar nazırliyinin əməkdaşları gəlir, su hövzələrində insanların həyatının təhlükəsizliyi daim nəzarətdə saxlanılır. Bunlar hamısı təqdirəlayiq haldır. Amma hər yerdə olduğu kimi burada da neqativ hallara yol verilir ki,bu da əhalinin narazılığına səbəb olur.
Fövqəladə Hallar Nazirliyinin strukturuna bir neçə qurum daxıldır ki,onlardan biri də Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Ağentliyidir. Sözügedən Agentlik isə özündə bir neçə institut və mərkəz birləşdirir ki, onların da fəaliyyəti ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edib, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirməkdən ibarətdir.
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Ağentliyinə tabeli qurumların biri də “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutudur ki, ölkə ərazisində tikilməkdə olan bina və qurğuların layihələndirilməsini həyata keçirir, tikintidə təhlükəsizliyə nəzarətin aparılmasına dair metodik-normativ sənəd və tövsiyələr verməklə yanaşı, tikintiyə dair digər normativ-texniki sənədlərin hazırlanmasında iştirak edən təsərrüfat hesablı bir qurumudur. Təsərrüfat hesablı dedikdə burada nə başa düşülür? Yəni institutun göstərdiyi bütün xidmətlər ödənişlidir. Bu da o deməkdir ki, burada hazırlanan bütün layihəılərə pul alınır. Qeyd edək ki, institutda heç də az layihə hazırlanmır. Paytaxt Bakıda tikilən hündürmərtəbəli binalarla yanaşı reğionlarda tikilən müxtəlif səpkili tikintilərin də layihəsi burada hazırlanır. Bundan əlavə fərdi yaşayış evlərinin layihələrı də burada təsdiqlənir. Yəni evin layihəsini hansısa başqa bir memar çəksə də rəyi məhz sözügedən institut verməlidir kl, ev bütün normalara cavab verdiyini təsdiq etsin.əks halda fərdi evlərə yaşayış hüququ barədə çıxarış verilməyə bilər. Bəs görəsən təsərrüfat hesablı bu institutda hazırlanan layihələrə konkret rüsum qoyulubmu? Bu rüsumların hesabatı aparılırmı? İl ərzində buraya müraciət edən vətəndaş sayının hesabatanı kimlər aparır? Təbii ki,burada dövlət tərəfindən rüsumlar da müəyyən olunub, hesabatlar aparılır. Amma məlumatlara görə dövlət rüsumlarından əlavə burada başqa rüsumlar da var ki, onu institutun direktoru Müsəddin Namazov işin həcminə görə müəyyən edir və hesabatını da ancaq özü aparır.
Bütün bu kimi qaranlıq suallara aydınlıq gətirməzdən öncə İnstitutun direktoru Müsəddin Namazovun barəsində deyilənlərə nəzər salmaq istərdik. Verilən məlumatlara görə Müsəddin Namazov əmək fəaliyyətinə də elə rəhbərlik etdiyi institutdan başlayıb. Uzun müddət müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2014-cü ilin may ayında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun əmri ilə “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru vəzifəsinə təyin olunub. Aktualinfo.org.onun vaxtı ilə kimlərlə münasibətdə olması barədə yayılan məlumatlara heç toxunmaq istəmir. Verilən məlumatlara görə ilk baxışdan bir kasıb layihə institutunun direktoru təəssüratı yaratsa da, əslində o oliqarx bir həyat tərzi keçirir. Deyilənlərə görə Müsəddin Namazov paytaxtın bir çox yerlərində mənzil və obyektlərə sahibdir.Uşaqlarını Böyük Britanıyanın ən nüfuzlu universitetlərində oxudan Müsəddin Namazovda bu qədər pul haradandır? Görəsən onun bu kimi əməllərindən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Ağentliyinin direktoru Cəbrayıl Xanlarovun xəbəri varmı? Müsəddin Namazovun institutda bu qədər hərc-mərclık yaratmasından agentlik direktorunun xəbərsiz olması versiyası inandırıcı olmadığından onların burada şərik işləmələri də istisna deyil. Onda görəsən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun agentlik və institut direktorlarının şərik əməllərindən xəbərdardardımı? Müsəddin Namazovun bu instistutda yaratdığı layihə biznesindən kiminsə xəbəri olmalıdır axı? Xəbəri olmayanlara bildirək ki, Müsəddin Namazov bir çox işləri müavini Emin Rəhimovun əli ilə görür. Yəni, nə bilirsə Emin Rəhimov daha yaxşı bilir. Bir sözlə, verilən məlumatlara görə “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunda təkcə layihələr çəkilmir,burada həm də kef çəkilir.
Aktualinfo.org