Polşanın paytaxtı Varşavada mayın 30-da Azərbaycan istehsallı “Cavad xan” filmi nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü ilə “Centrum Promocji Kultury”da keçiriləcək nümayiş Azərbaycan film festivalı çərçivəsində baş tutacaq.
Rejissoru Rövşən Almuradlı olan filmdə XIX əsrin əvvəllərində Rusiya imperiyası qoşunlarının Gəncə xanlığına qarşı hücumundan, Cavad xanın onlarla mübarizəsindən və ölümündən bəhs edilir.