Türkiyədə ABŞ dollarının məzənnəsi yenidən 6 lirəni keçib.
“Report” xəbər verir ki, hazırda TRY/USD nisbəti 6,02-dir.
Bu, ötən həftənin yekunu ilə müqayisədə 0,06 bənd çoxdur. Türkiyədə Amerika valyutası bu qiymətə sonuncu dəfə ötən il oktyabrın 10-da olub.