Axtarış...

“Görəndə ki, hər kəs etiraz edir, dərhal qərar ləğv edilir” – Baş nazir barədə açıqlama

“Görəndə ki, hər kəs etiraz edir, dərhal qərar ləğv edilir” – Baş nazir barədə açıqlama

"Təyin olunduğu 1 il ərzində yadda qalan 2 sənəd imzalayıb, hər ikisi də ləğv olunub. Birinci qərar dərhal ləğv edildi, ikincisi isə cəmir 4 gün tab gətirə bildi”.
Bizimyol.info xəbər verir ki, bu sözləri Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev baş nazir Novruz Məmmədov barəsində səsləndirib. O bildirib ki, bu doğru deyil:

Əli Əliyev"Baş nazir Novruz Məmmədov vəzifəyə təyin olunduqdan sonra yaddaqalan iki sənəd imzalayıb. Onlardan birincisi, meşədə giləmeyvə yığma qaydaları haqqında idi, dərhal geri oxutdurdular. Aprelin ilk günlərində də ölkədən ixrac olunan kartof, soğan və kələmə gömrük rüsumları tətbiqi haqda ikinci tarixi sənədini imzalayıb. Yox, bu dəfə dərhal olmadı, 4 gün tab gətirdi Novruz müəllimin qəbul etdiyi bu qərar. Artıq dünəndən kənd təsərrüfatı məhsullarının ixracına rüsum qadağan edilib”.

Başqa ölkələrdə də bu kimi hallar yaşanırmı, qəbul edilən hansı qərarlar geri götürdülüb?

Sualımızı cavablandıran "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, qəbul edilən qərarların qısa zamandan sonra təpkiyə məruz qalaraq geri götürülməsi dövlətin və hökumətin imicinə ciddi zərər vurur:

Elxan Şahinoğlu"Konkret olaraq hansısa ölkədə belə hal yaşanıb, yoxsa yox bilmirəm, deyə bilmərəm. Doğrusu heç onu izləməmişəm də. Lakin qərarların geri oxunması heç də yaxşı hal deyil, həm hökumət, həm də dövlət üçün. O zaman belə çıxır ki, bu qərarlar düşünülməmiş verilir. Baş nazirin verdiyi birinci qərar gülüş obyekti olduğu üçün prezident buna müdaxilə etməli oldu. İkinci qərar da gərək düşünülərdi. Kənd təsərrüfatı ilə məşğul olan insanlar yetişdirdikləri məhsulları sata bilmirdilər və bu da anlaşılan idi ki, ciddi problemlər yaradacaq. Görəndən sonra ki, hər kəs etiraz edir, dərhal qərar ləğv edilir. Bu dövlətçiliyə də ziyandır. Və belə bir rəy formalaşacaq ki, baş nazir qərarları öyrənmədən, araşdırmadan sənədlərə sadəcə imza atır.

Qərarların bu şəkildə qarşılanması ondan irəli gəlir ki, həmin qərarların alt səviyyədə araşdırılması aparılmır. Analitik təhlil aparılmır. Bir-iki nəfər oturub düşünür ki, ixraca gömrük haqqı qoyaq məhsulu ancaq ölkə daxilində satsın. Belə düşünmək asandır, onun nəticələri, kənd təsərrüfatına necə təsir edəcəyi, həmin məhsulu yetişdirən insanlara necə təsir edəcək və s. kimi amillər nəzərə alınmır, hesablanmır. Artıq belə fikir formalaşacaq ki, sabah istənilən qərar qəbul edilsə insanlar etiraz edərək o qərarı geri oxutdura bilərlər. İnsanların rəyləri soruşulmalı, sorğular keçirilməli ondan sonra qərarlar qəbul edilməlidir. Çox təəssüf ki, bu kimi səhvlər artıq neçənci dəfədir təkrarlanır”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz