Axtarış...

Prezident İlham Əliyev Argentinanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

Prezident İlham Əliyev Argentinanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib   YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Argentina Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunellanın etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Serxio Osvaldo Perez Qunella fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Serxio Osvaldo Perez Qunella etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Serxio Osvaldo Perez Qunella, ilk növbədə, Argentina Respublikasının Prezidenti Maurisio Makrinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Azərbaycan ilə Argentina arasında əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin yaxşı səviyyədə olduğunu qeyd etdi, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin genişlənməsi və iqtisadi əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı ikitərəfli münasibətlərin inkişafında ölkələrimizin qarşılıqlı şəkildə səfirliklərinin fəaliyyət göstərməsinin rolunu vurğulayaraq Serxio Osvaldo Perez Qunellanın səfirlik fəaliyyəti dövründə onun Azərbaycanın müvafiq strukturlarının nümayəndələri ilə əməkdaşlığın genişlənməsi baxımından səmərəli görüşlər keçirəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev Azərbaycanda xarici şirkətlərin fəaliyyəti üçün çox əlverişli şəraitin mövcudluğunu qeyd edərək Argentina şirkətlərinin də Azərbaycanda işləyəcəklərinə ümidvar olduğunu bildirdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən Serxio Osvaldo Perez Qunella səfir kimi fəaliyyətinin əsas məqsədinin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, o cümlədən qarşılıqlı ticarət və investisiyanın genişləndirilməsindən ibarət olduğunu bildirdi və bu istiqamətdə səylərini əsirgəməyəcəyini dedi.

Görüşdə energetika, biznes, kənd təsərrüfatı sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Argentina Respublikasının Prezidenti Maurisio Makrinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Argentina Prezidentinə çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev Argentinanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib   YENİLƏNİB
Prezident İlham Əliyev Argentinanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib   YENİLƏNİB
Prezident İlham Əliyev Argentinanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib   YENİLƏNİB
Prezident İlham Əliyev Argentinanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib   YENİLƏNİB
Prezident İlham Əliyev Argentinanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib   YENİLƏNİB
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz