Axtarış...

Səfər Mehdiyevin işçiləri belə işləyir... - İTTİHAM

Səfər Mehdiyevin işçiləri belə işləyir... - İTTİHAM

Prezident İlham Əliyevin ölkə iqtisadiyyatı və xarici ticarətin inkişafı istiqamətində yürütdüyü siyasətin tərkib hissəsi olaraq, gömrük işinin daha şəffaf və səmərəli şəkildə təşkili, malların və nəqliyyat vasitələrinin təyinat nöqtəsinə asan və sürətli şəkildə çatdırılması və gömrük rəsmiləşdirilməsi ilə bağlı gömrük sistemində həyata keçirilən islahatlar ümumən təqdir olunur və dövlətimizin büdcəsinin zənginləşməsinə əhəmiyyətli töhfələr verir.

Dövlət Gömrük Komitəsinin rəsmiləri çıxış və nitqlərində bəyan edirlər ki, artıq gömrük sistemində nəzarət yox, xidmət mədəniyyəti formalaşdırılıb, bu gün gömrük orqanlarının fəaliyyəti digər aidiyyəti dövlət strukturları ilə sinxronlaşdırılıb və bu da bütün gömrük hüqupozmalarının qarşısının operativ şəkildə alınmasını təmin edir. Bildirirlər ki, başlıca məqsəd idxal-ixrac əməliyyatlarının asanlaşdırılması və sürətləndirilməsi, gömrük əməliyyatlarının şəffaf şəkildə həyata keçirilməsinin təmin olunması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasıdır.Lakin, müşahidələr başqa nəticələr ortaya qoyur. Məsələn, aşkar həqiqətdir ki, həyata keçirilən islahatlar İran - Azərbaycan sərhədində fəaliyyət göstərən Biləsuvar sərhəd-keçid gömrük məntəqəsinə hələ gedib çatmayıb. İllərdir burada baş verən özbaşınmalıqlar əsla səngiməyib.Redaksiyamıza daxil olmuş məlimata görə Biləsuvara gedəndə gömrükxanaya yaxınlaşanda avtomobilləri yolun üstündə şlaqbaum qarşılayır. Heç bir səbəb göstərmədən hərədən 1 manat pul yığırlar. Elə bil şlaqbaumun qaldırılma haqqıdır. Yığılan pullar hara gedir, kimin cibinə axır? - deyən yoxdur!Fərqli olaraq, sərhədin İran tərəfində gömrükxanada heç bir bürokratik əngələ rast gəlməzsən. Müsafirləri üç-üç, beş-beş çox az sürən vacib prosedurlardan keçirib yola salırlar. Heç bir narazılıq, süni maneə olmur. Bizim tərəfdə isə gedəndə də, gələndə də süni şəkildə yaradılmış tıxacdan az qala cəhənnəm əzabı yaşayırsan. Bu, həm də mədəniyyət (oxu: mədəniyyətsizlik - müəllif.) məsələsidir. Mentalitetimizin ən gözəl cəhətlərindən biri kimi bütün dünyaya car çəkib öyündüyümüz qonaqpərvərliyimizdən burda əsər-əlamət belə görünmür.

Bir ilə yaxındır ki, sutkada 24 saatlıq iş rejiminə keçirilsə də, məntəqədə süründürməçiliyin ən yüksək səviyyəsinə ürcah olursan.04.03.2019-cu il tarixdə bu "qıl körpüsü"ndən keçərkən evi üçün aldığı xırda bazarlıq malı oğurlanmış vətəndaşlarımızdan biri redaksiyamıza məlumat verib ki, saat 21:00-dan gecə saat 02:00-a kimi vaxt itirib, yağışda islanıb: "Adamı soyunmağa məcbur edir, üst-başını, geyimini yoxlamaya məruz qoyurlar. Elə bil, insanı incitməkdən zövq alırlar. Gətirilməsinə icazə verilmiş çeşiddə və miqdarda mallara da maneçilik törədirlər. Böyük insan izdihamı sıxlıqla üzləşir. Olur ki, malları buraxırlar, adamın özünü ləngidirlər. Sonra keçib mallarını tapa bilmirsən. Gah itib-batır, gah oğurlanır, gah da başqasınkı ilə qarışıq düşür. Onların bu hərəkətinə etiraz edən başqa bir vətəndaşa isə(Cəlilabad sakini, 65 yaşlı ağsaqqal bir kişiyə) monitorda oturan gömrük əməkdaşı sözün varsa çıxaq çöldə danışaq deyir.Monitora nəzarət edən cavan gömrük əməkdaşı sanki 65 yaşlı kişiyə gücünü nümayiş etdirir.Demək olar ki Biləsuvar sərhəd-keçid gömrük məntəqəsində tam özbaşınalıqdır..."

Əgər Gömrük Komitəsinin rəsmiləri bu yazdıqlarımıza zərrə qədər şübhələri vardırsa və gömrükdə baş verən özbaşınalığın qarşısını almaq isdəyirsə yuxarıda göstərilən tarixdəki kamera görüntüsünə baxmaq kifayət edir.Demək olar ki buradakı özbaşınalıqlar Biləsuvar sərhəd-keçid gömrük məntəqəsinin gündəlik iş prinsipidir.
Vətəndaş bildirir ki, keçid məntəqəsində monitorinq zamanı üzləşdiyi süründürməçiliklə bağlı gileyini zastava rəisinə deyib. Sərhədçi zabit isə ona belə cavab verib: "Gedin şikayətinizi Nazirlər Kabinetinə bildirin. Qoy qərar versin, daha bir məntəqə qurulsun. Tək biri işləri çatdırmır".

...Novruz bayramı yaxınlaşır. Böyük ehtimalla bayram ərəfəsində İran sərhədində yenə sıxlıq müşahidə olunacaq. Xatırladaq ki, düz üç il əvvəl - 2016-cı il martın 4-də İrandan qayıdan Azərbaycan Respublikası vətəndaşı 52 yaşlı Qasımov Elşən Məmmədhəsən oğlu Biləsuvar Gömrük İdarəsinin ərazidəki gömrük keçid məntəqəsində yaranan sıxlıq səbəbindən səhhətində baş vermiş qəfil ağırlaşma nəticəsində dünyasını dəyişmişdi...(mediatv.az)
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz