Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 5-dən etibarən mərkəzi icra hakimiyyəti orqanlarında inzibati rəhbər vəzifələr üzrə müsabiqənin müsahibə və ümumi müsahibə elanlarını verib. Vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verənlər müsahibələrdə iştirak edə bilərlər.
DİM-dən Open.az-a verilən məlumata görə, dövlət qulluğu vəzifələrinin A növünə aid (inzibati rəhbər vəzifələr) müsabiqənin müsahibə mərhələsi üzrə 5 dövlət orqanında 88, ümumi müsahibə üzrə isə 4 dövlət orqanında 10 vakant inzibati vəzifənin tutulması üçün müsahibə mərhələsi elan edilib.
Müsahibədə iştirak etmək üçün qeydiyyat müddəti martın 7-dək davam edəcək.
Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.