O, 2015-ci ildə Yerevanda qondarma “erməni soyqırımı”nın 100 illiyi tədbirlərinə qatılıb...
Bütün dünya üzrə yezidi kürd icmasının dünyəvi və ruhani lideri sayılan Mir Tahsin Said Bek ölüb.
Moderator.az xəbər verir ki, bu haqda kürdlərin “RİATAZA” nəşri məlumat yayıb. Yezidi lideri uzun sürən xəstəlikdən sonra 86 yaşında Almaniyada keçinib. 1944-cü ildən, atasının ölümündən sonra yezidi icmasına başçılıq edən Mir Tahsin 1970-ci illərdə peşmərgələrin tərkibində İraq hökumətinə qarşı uğursuz çevriliş cəhdlərində iştirak etdiyinə görə həbs olunub. Həbsdən qaçıb, lakin bir müddət sonra Avropaya sığınmağa məcbur olub. 1975-1981-ci illərdə Londonda, sonra isə ömrünün sonunadək Berlində yaşayıb.
Ermənilərlə sıx əlaqə saxlayan yezidi lider son illərdə iki dəfə Ermənistanda olub. 2015-ci ildə isə məhz qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı təbdirlərdə iştirak etmək məqsədi ilə Yerevana gəlib.