ABŞ-da həbsdə olan İran əsilli iş adamı Rza Zərrabın Metropolitan həbsxanasında bir müddət birlikdə eyni otağı bölüşdüyü Faozi Jaber adlı şəxsə təcavüz etdiyi idda olunur.
Millitv.Az teleqraf.com-a istinadən bildirir ki, məhkəmə prosesində hakimlər bu iddianı təmin etmədiyi üçün Fildişi Sahili ölkəsindən olan 63 yaşlı Jaber müstəqil şəkildə məhkəməyə müraciət edib.
Zərrabın vəkili Robert Anello iddiaların gerçək olmadığını deyib.
Faozi Jaber Rza Zərrabla birlikdə olduğu günləri əsl kabus adlandıraraq deyib: "Mən yaşlı və xərçəng xəstəsi bir insanam. 63 yaşım var, nə qədər inad etsəm də, o, istədiyinə nail ola bilirdi. İki dəfə mənə təcavüz edib. Etibarım, şəxsiyyətim zədələnib. Mənəvi təzminat tələb edirəm".