Nemət Bayramov sonuncu dəfə ötən gün liseydə olub.
Bu barədə Oxu.Az-a Gədəbəy peşə liseyindən məlumat verilib.
Bildirilib ki, Nemət Bayramov problemli adam olmayıb:
“Nizam-intizamlı müəllim idi. Dekabrın 25-də şagirdlərə dərs keçib. Dünən dərsi olmayıb, amma həyat yoldaşı ilə liseyə gəlib. Onun həyat yoldaşı da liseydə kitabxanaçı işləyir”.
Liseydən bildirilib ki, Nemət Bayramovun bir qızı var:
“O da ailə həyatı qurub. Görünür, ailə problemləri olub. Liseylə əlaqəli heç bir problem yaşanmayıb”.
10:52
Gədəbəydə müəllim intihar edib.