Axtarış...

Döyülən direktorun atası: Oğlumun vəziyyəti ağırdır...

Döyülən direktorun atası: Oğlumun vəziyyəti ağırdır...

"Oğlumun vəziyyəti yaxşı deyil, güclü ağrıları var".

Milli.Az xəbər verir ki, bu sözləri oxu.az-a ötən gün aktyor Rza Rzayev tərəfindən döyüldüyü iddia edilən Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevin atası Elmin Mirzəliyev deyib.

O bildirib ki, hazırda Tural Mirzəliyev ciddi həkim nəzarətində saxlanılır:

"Gözlənilmədən Turala zərbə vurublar. Sol gözünün görməsində ciddi problemlər yaranıb. Həkimlər müayinədən sonra Turala kəllə-beyin travması və beyinin silkələnməsi diaqnozu qoyublar. Ağrıları çox olduğundan sakitləşdirici qəbul edilir. Hazırda həkim yoxlamasındadır, telefona cavab verə biləcək halda deyil".

T.Mirzəliyevin atası onu da əlavə edib ki, həkimlər xəstənin bir neçə gün ciddi həkim nəzarətində saxlanılmalı olduğunu bildiriblər.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz