Azərbaycan bu ilin sentyabr, oktyabr və noyabr aylarında 80-90 min ton xurma ixrac edib.
Bu barədə “Report”a açıqlamasında Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qədir Yusifov məlumat verib.
Onun sözlərinə görə, hazırda Rusiyanın xurmaya olan tələbatının 75-80%-ni Azərbaycan ödəyir.
"Bununla yanaşı, Ukrayna və Belorusa da xurma ixrac edirik", - deyə sədr qeyd edib.