Türkiyənin sahil-mühafizə xidməti Yunanıstanla sərhəddəki Edirne əyalətində 223 qeyri-leqal miqrant saxlayıb.
Millitv.az Trend-ə istinadən bildirir ki, həmin miqrantlar Yunanıstana keçməyi planlaşdırırmış.
Saxlananlar arasında Suriya, Fələstin, İraq, Pakistan, Liviya və Əlcəzair vətəndaşları var.
Həmin şəxslərin Türkiyədən deportasiya ediləcəyi gözlənilir.