Axtarış...

«FONUS LTD» EŞITMƏ MƏRKƏZI XƏSTƏLƏRINI NECƏ ALDADIR?

«FONUS LTD» EŞITMƏ MƏRKƏZI XƏSTƏLƏRINI NECƏ ALDADIR?














SƏADƏT HƏKİM YALNIZ ÖZ KÖNLÜNDƏKİNİ ANLAYIR

Qulağına su yığılmış uşağa «Fonus» eşitmə mərkəzində 2400 manatlıq aparat taxmağı tövsiyyə etmişlər.

«Dəryaz» qəzetinin redaksiyasına İsmayıllı rayonu Babək küçəsi- 7 ünvanda yaşayan Mənsimova Dilşad Qədir qızının müraciəti daxil olmuşdur. D.Mənsimova bildirir ki, 2018-ci il 30 iyul tarixində 5 yaşlı nəvəsi Mənsimov İsrafil Elvin oğlunun həmin ərəfədə ağır eşitdiyini müşahidə etdiyi üçün Bakı şəhəri Nəsimi rayonu İzzət Həmidov küçəsi — 3 ünvanda yerləşən «Fonus» Eşitmə müalicə mərkəzinə gətirərək müayinədən keçirmişdir. Orada həkim Səadət Allahverdiyeva xəstəyə təbii yuxu şəraitində BERA testi aparmış və «iki tərəfli ağır dərəcəli (III-IV) dərəcəli sensonevral tip eşitmə azlığı» nəticəsinə gələrək, «eşitmənin iki tərəfli protezləşməsi, surdopedaqoqla məşğul olmağı» məsləhət görmüşdür. Dilşad xanım bildirir ki, 70 manat ödədiyi aparata saldıqdan sonra onu qorxudublar ki, uşağın eşitmə ilə bağlı ağır problemi var, mütləq qulağına eşitmə cihazı qoyulmalıdır. Tövsiyə edilən aparatın qiyməti isə bir tayı üçün 1200 manatadır. Müayinənin nəticələrindən şübhələnən Mənsimova qohumların məsləhəti ilə nəvəsini «Medical Plaza» klinikasına aparıb. Orada müəyyən ediblər ki, uşağın qulağında sadəcə su yığılıbmış. Həkimin yazdığı on günlük müalicədən sonra problem aradan qaldırılıb. İndi uşaq sərbəst eşidir, dərsə hazırlığa gedir. Mənsimovanın şikayəti ondan ibarətdir ki, doktor S.Allahverdiyeva onu hədsiz həyəcanlandırıb, mənəvi iztirab keçirməsinə səbəbkar olub. Əgər təsadüfən məlumatlı qohumun məsləhəti olmasaydı, nəyin bahasına olur-olsun cihaz almağa məcbur olacaqdı. Bildirir ki, Səadət həkim «təbii yuxu» şəraitində müayinə aparmaq üçün uşağı zorla yatızdırmışdır. Sonrakı telefon əlaqələrimizin birində dəstəyi verib nəvəsi İsrafili bizimlə danışdırdı. Qulağımızla şahid olduq ki, İsrafil səsi aydın eşidir. Məsələ ilə bağlı «Fonus» Eşitmə müalicə mərkəzinə doktor Səadət Allahverdiyevaya zəng vurduq. Səadət həkim məsələdən hali olan kimi bildirdi ki, həkim heç bir xəstəni eşitmə cihazını almağa məcbur edə bilməz, yalnız müayinədən ortaya çıxan nəticəyə görə cihaz taxmağı tövsiyə edə bilər. Sonra da bizə jurnalistika dərsi verməyə çalışdı: «Yoldan keçən birinin sözünə inanıb məndən yaza bilməzsiniz!» Doktor Allahverdiyevaya bildirdik ki, biz də öz işimizi bilirik, söhbət «yoldan keçən» birinin sözlərindən deyil, onun özünün imzası və həkim möhürü ilə təsdiqlənən müayinə vərəqindən gedir, əgər istəyirsə göstərə bilərik. Bundan sonra Səadət həkim bizi məhkəməyə verə biləcəyini dedi və amiranə göstərişlərini verdi: «Siz həmin o xəstəni götürməlisiniz, gəlməlisiniz mənim yanıma, sonrakı, yəni, başqa həkimin yazdığı müayinə və müalicənin gedişatını əks etdirən sənədləri də özünüzlə gətirməlisiniz, burda tutuşdurub müqayisə etməliyik, sonra da dediyinizi, yəni mənim gəldiyim nəticənin yalnış olduğunu sübut etməlisiniz və yalnız bundan sonra məndən yaza bilərsiniz. Tibbi savadınız yoxdu, boş-boş danışırsınız. Bizim mərkəzə gəlmədən, tibbi personalın işi ilə tanış olmadan məndən yaza bilməzsən. Sən heç bilmirsən bizim baş həkim kimdir. Mən sənə qadağan edirəm məndən yazmağı!» Ola bilsin ki, doktor Allahverdiyeva necə deyərlər, yalnız «öz könlündəkini anlamağa» adət edib, zəif eşidənlərlə çox işlədiyindən amiranə tonda danışmağa adət edib. Amma dəqiq bilsin ki, bizə jurnalistika dərsi keçmək cəhdi də uğursuz alınıb. Onun bundan belə İsrafil kimi uşaqların səhhətinə ziyan vurmasının qarşısının alınması vacibdir.

Mövzuya qayıdacağıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz