Kürdəmir rayonunda kafedən 2800 manat oğurlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Kürdəmir rayon Polis şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən sentyabrın 27-də şəhər ərazisindəki kafelərin birində Gəncə şəhər sakini Ş.Məmmədovanın 2850 manatını oğurlamaqda şübhəli bilinən həmyerlisi Elzurum Babayev saxlanılıb.